Azərbaycan dövlətçiliyi naminə demokratiya seçimi

1 779 24-07-2018, 20:31 siyaset / gundem

Azərbaycan dövlətçiliyi naminə  demokratiya seçimi Taleh Əliyev

Azərbaycan Respublikasının yerləşdiyi region uğrunda qlobal güclər – ABŞ və Rusiya arasında mübarizənin həlledici mərhələyə qədəm qoyacağı dövrdə ölkəmizdə ümumi vəziyyətin heç də əvvəlki kimi öz axarı ilə davam etməyəcəyini yerli siyasi ekpertlər dəfələrlə qeyd ediblər. Bu gərginliyin başlıca səbəbi Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin doğru və ya yalnış olması deyil, başlıca səbəb qlobal güclərin – ABŞ və Rusiyanın belə həssas məqamda Azərbaycan dövlətindən gözləntilərinə verilən cavabın onların geosiyası maraqlarına uyğun gəlməməsidir. Təbii ki, seçim anı yaxınlaşdıqca Azərbaycan hakimiyyəti də seçim etmək zorunda qalacaqdır. Bəlkə də belə seçim artıq edilmiş və ya buna təşəbbüs göstərilmişdir ki, ölkəmizdə məlum Mingəçevir və Gəncə hadisələri baş verdi. Və yaxud da biriləri Mingəçevir və Gəncə hadisələri vasitəsilə Azərbaycanı seçim etməyə məcbur edir. Bu gün bir çox qaranlıq sualların cavabları ictimaiyyət nümayəndələri üçün aydın olmasa da, amma regonda baş verən proseslərin hansı istiqamətdə cəryan edəcəyi məlumdur. Regionumuzdan müharibə qoxusu gəlir!

Məhs bu müharibənin birbaşa hədəfi olmayan ölkəmiz bu müharibədən maksimum necə uzaq qala bilər?! Qeyd etdiyimiz kimi qlobal güclər – ABŞ və Rusiya Azərbaycan dövlətinin yerləşdiyi region uğrunda həlledici savaşa qalxsalar da hədəfləri Azərbaycan deyil, Azərbaycan dövlətindən istənilən bu mərhələdə kiminlə birlikdə hərəkət etməsidir. İstənilən tərəfdə birbaşa yer almaq dövlətimiz və cəmiyyətimiz üçün böyük mərhumiyyətlər və itkilər bahasına başa gələ bilər. Amma, baş verəcək geosiyasi proseslərdən kənar qalmaq kimi bir şansımız da yox. O zaman dövlət olaraq bu böyük oyunun içərisində öz oyunumuzu oynayaraq daha az itgi ilə çıxmanın yollarını düşünməliyik. Qarşıduran tərəflərin regionda əsas söz sahibi olacağı təqdirdə bizi nələr gözləyə bilər?
Rusiya 200 ildir regonda söz sahibidir. Bu 200 ildə Rusiya indiki Azərbaycan və Ermənstan Respublikalarının ərazisini, Borçalı və Dərbəndi işğal etmiş (Azərbaycan dövləti olan Qacarlar dövlətinin ərazisi olaraq – T.Ə.), tarixi Azərbaycan torpaqlarında ermənilərə əvvəlcə vilayyət daha sonra isə dövlət yaratmışdır.Azərbaycanlıların öz tarixi vətənlərindən kütləvi köçünü təşkil etmişdir. Sovetlər dövründə milli ziyalılarımızı kütləvi surətdə qətlə yetirmişdir. Bu gün də (Ermənistanda son hakimiyyət dəyişikliklərinə qədər açıq indi isə dolayısı ilə-T.Ə.) regionda ermənilərə havadarlıq edir. Demək rusların regionumuzda daha da möhkəmlənməsi bizlərə yeni-yeni torpaq itkiləri və yurd həsrəti yaşadacaq! Nəriman Nərimanovun və Mircəfər Bağırovun taleyini rusları yenidən qarşılayan rəhbərlər də yaşayacaq. Millətin aydınları yenidən məhv ediləcək!
ABŞ və müttəfiqləri regionda əsas söz sahibi olsalar o zaman Azərbaycanın, eləcə də Cənubi Qafqazın Avroatlantik məkana inteqrasiyası sürətlənəcək. Dövlətçiliyimizi təhdid edən faktorların mütləq əksəriyyəti aradan qalxacaq.
Ölkəmiz belə həssas dövürdə qlobal güclərin qəzəbinə tuş gəlməməsi üçün nə etməlidir?
Hər iki tərəfin hazırki mərhələdə Azərbaycan hakimiyyətinə ciddi təziq və təhdid imkanları mövcuddur. Azərbaycanın onların yanında yer alması üçün yəqin ki, bu imkanlarından zaman-zaman istifadə edəcəklər. Ruslar əsasən separatizimdən və 5-ci kalondan faydalanmağa çalışacaqlar. ABŞ və müttəfiqləri isə Azərbaycan məmurlarını xaricdəki bank hesablarına və mülklərinə həbs qoymaqla və onlara qarşı digər sanksiyalar tətbiq etməklə təhdid edə bilərlər. Amma, Azərbaycan hakimiyyəti yuxarıda da qeyd etdiyimiz kimi bu böyük oyunun içində öz oyununu oynaya bilərsə, o zaman vaxt udmuş olar və sonda daha az itgi ilə həm ölkəni, həm də özlərini bu bəlalardan qoruya bilərlər.

Nədir böyük oyunun içərisində Azərbaycan oyunu?

Bu gün ABŞ-da və Rusiyada çox gözəl bilirlər ki, Azərbaycanda tale yüklü strateji qərarları Azərbaycan iqdidarı təkbaşına qəbul edir. Ona görə də bütün təyziqlər və təhdidlər ilk növbədə iqdidara ünvanlanır. Hazırki mərhələnin çox mürəkkəb və təhlükəli olduğunu iqdidar mənsubları hamıdan çox gözəl bilir.Təəssüflər olsun ki, qəbul olunan qərarlar, atılan addımlar iqtidarın manevr imkanlarını genişləndirmək əvəzinə gündən-günə daha da daraldır. Hakimiyət həm ölkə içindən, həm də xaricdən təklənir. Təkləndikcə yəqin ki, iqtidar düşərgəsində mərkəzdən qaçma meyilləri də güclənəcək. Amma, bu gün üçün heç də hər şey itirilməyib. Hakimiyyət gerçək demokratik dəyişikliklərə start verərsə vəziyyəti həm özünün, həm də ölkəmizin xeyrinə dəyişə bilər. Ölkədə gerçək demokratik dəyişikliklər prosesinin başlaması ilə xalq siyasi inistututlar vasitəsilə yenidən siyasi dövriyyəyə qatılar. Nəticədə ABŞ da, Rusiya da ölkəmizdə strateji qərarların qəbulunun təkcə iqtidardan asılı olmadığını görüb, onunla qəti seçim etməsi üçün sərt davranmazlar. Birinci İraq savaşı zamanı ABŞ Türkiyədən israrla tələb etsə də Türkiyə öz sərədlərini onların üzünə açmadı. Çünki Türkiyənin o zamanki iqtidarı Böyük Millət Məclisindən, başqa sözlə desək xalqdan bu dəstəyi ala bilmədi. Oxşar senari demokratik açılımın sayəsində bu dəfə bizim ölkədə yaşana bilər. Bunun üçün də yuxarıda qeyd etdiyimiz kimi hakimiyyət gerçək demokratik dəyişikliklərə start verməlidir.
Start vermək üçün bu ilin payızında yeni Konstitusiya islahatına getmək məqsədilə referendum keçrilməlidir.(Regonda baş verən hadisə və proseslər sürətləndiyinə görə vaxt itirmək olmaz-T.Ə.) Referenduma qatılacaq təşviqat qruplarına dövlət büdcəsindən pul ayrılmalı, AzTV və İTV-də təşviqat qruplarına pulsuz efir vaxtı verilməlidir.Yeni Konstitusiyada icra hakimiyyətinin səlahiyyətləri böyük ölçüdə azaldılmalı, əvəzində yerli idarəetmə orqanı kimi bələdiyyələrə geniş səlahiyyət verilməlidir. Qəsəbə və kəndlərdə icra hakimiyyətlərinin funksiyalarını bələdiyyələr həyata keçirməli, Bakı və Gəncədə böyük şəhər bələdiyəsi yaradılmalı və birbaşa mer seçkiləri keçrilməli, digər şəhər və rayonlarda isə bələdiyyə məclisi yardılmalıdır. Hər bir şəhərdə və rayonda bir bələdiyyə məclisi olmalı, qəsəbə və kəndlərdə isə Türkiyədəki qəsəbə və kənd muxtarlarına yaxın səlahiyyətili bələdiyyə yetgilisi olmalıdır. Bələdiyyə və parlament seçkiləri ya gələn ilin yazında eyni vaxtda keçrilməli və yaxud da yazda Bələdiyyə, payızda isə parlament seçkiləri keçrilməlidir. Bələdiyyə və parlamentə seçkilər yalnız proporsional qaydada keçrilməlidir. Proporsional seçki xarici qüvvələrin, 5-ci kalon təmsilçilərinin, etnik və dini qruplaşmaların (o cümlədəndə regonal qrupların –T.Ə.) Azərbaycan siyasətinə təsir imkanlarını minumuma endirən, xalıqın rolunu isə əhəmiyyətli dərəcədə artıran bir seçki sistemidir. Proporsional sistem ölkədə siyasi institutların siyasi sistemin tərkib hissəsinə çevrilməsinə hüquqi və siyasi əsaslar yaradan seçki sistemidir. Bələdiyyə və parlament seçkilərinə qatılan siyasi partiyalara və partiyalar blokuna namizədlərinin sayına müvafiq olaraq dövlət büdcəsindən pul ayrılmalı, AzTV və İTV-də pulsuz efir vaxtı verilməlidir. Parlamentdə təmsil olunan partiyalar isə dövlət büdcəsindən maliyyələşdirilməlidir.
Demokratiyaya keçidin ölkəmizdə tətbiq edilməsində məqsəd regionda gedən geosiyasi gərginliyin höküm sürdüyü dövrdə mümkün qədər proseslərdən kənar durmaq, həm də geosiyasi proseslər yekunlaşdıqdan sonra yeni dünya düzəninə qansız, qadasız inteqrasiya olmaqdır.

XƏBƏR LENTİ