Ekspertdən pullu yollarla bağlı şərh:"Ölkəmizdə də bu şərtlərə cavab verən yol yoxdur" - VİDEO

Ekspertdən pullu yollarla bağlı şərh:"Ölkəmizdə də bu şərtlərə cavab verən yol yoxdur" - VİDEO
zərbaycanda pullu yolların texniki cəhətlərini müəyyən edən qərar təsdiq edilib.

Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması müəyyən edilib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Nazirlər Kabinetinin son qərarında göstərilir ki, ödənişli yolun mövcudluğu barədə əhaliyə məlumat verilməlidir: “Həmin yolun girişində lövhələr qoyulmalıdır. Daha sonra orda xüsusi texniki vasitlər olmalıdır ki, həm yerində, həm də başqa vasitələrlə ödəniş etmək mümkün olsun”.

O əlavə edib ki, hansısa yolun ödənişli elan edilməsi ilə bağlı qərar ölkə başçısı tərəfindən verilir və Tarif Şurası tərəfindən həmin yol üçün alınacaq rüsum müəyyən edilir: “Amma bunun olması üçün qanunvericilikdə iki əsas şərt var ki, ölkəmizdə də bu şərtlərə cavab verən yol yoxdur”.

Bundan başqa, ekspertin sözlərinə görə, dünya təcrübəsində yolun hər kilometri üçün təyin edilən ödənişin məbləği elə də böyük olmur və hər kəs oradan rahat şəkildə istifadə edə bilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Ekspertdən pullu yollarla bağlı şərh:"Ölkəmizdə də bu şərtlərə cavab verən yol yoxdur" - VİDEO

  • 24-07-2018, 23:33
  • 425


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  7. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  10. Şənbə gününün hava proqnozu açıqlanıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI