Məcburi dövlət sosial sığorta haqlarını ödəməyənlərin bank hesablarına sərəncam qoyulacaq

Məcburi dövlət sosial sığorta haqlarını ödəməyənlərin bank hesablarına sərəncam qoyulacaq
“Paşa” Bankın təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bank sektorunun nümayəndələri arasında görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə məcburi dövlət sosial sığorta haqlarının qanunla müəyyən edilmiş müddətdə sığorta edənlər tərəfindən ödənmədikdə onların cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının Dövlət Sosial Müdafiə Fondunun hesabına alınması məsələləri ilə bağlı birgə görüləcək işlərin düzgün və operativ təşkili müzakirə edilib.

Həmçinin, banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncamların mərkəzləşdirilərək elektron qaydada “Sosial sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Qanunlara uyğun təşkilinin həyata keçirilməsi, bu istiqamətdə işlərin sürətli, optimal təşkil edilməsi üçün görüləcək işlər təhlil olunub.

Qeyd olunub ki, bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Dövlət Sosial Müdafiə Fondu ilə banklar arasında bağlanılacaq elektron sənəd mübadiləsi haqqında müqavilələrin tələblərinə əsasən həyata keçiriləcək.

Məcburi dövlət sosial sığorta haqlarını ödəməyənlərin bank hesablarına sərəncam qoyulacaq

  • 26-07-2018, 18:30
  • 491


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI