Havanı çirkləndirən şadlıq saraylarına qarşı sanksiyalar tətbiq ediləcək

937 27-07-2018, 13:17 cemiyyet

Havanı çirkləndirən şadlıq saraylarına qarşı sanksiyalar tətbiq ediləcək
Ekoloji problemlərin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik tullantıların düzgün idarə edilməsi, çeşidlənməsi və tədricən plastik qablaşdırılmadan imtina olunması sahəsində digər tədbirlərlə bərabər, plastik tullantılar üçün konteynerlərin yerləşdirilməsi layihəsi davam etdirilir.



APA-nın xəbərinə görə, bunu ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.



İ.İbrahimova qeyd edib ki, plastik tullantılar üçün nəzərdə tutulan belə konteyner bu gün Şabranda yerləşdirilib.




Nazirlik təmsilçisinin sözlərinə görə, ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə atılan tüstü axınına görə ETSN-in obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə bir müddət əvvəl verdiyi xəbərdarlığın müddəti başa çatdığından, yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən restoran və şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq.



İ.İbrahimova bildirib ki, yaşıllıqların qorunmasına yönələn tədbirlərin sayəsində artıq ağacların kəsilməsinə ictimaiyyət tərəfindən kəskin münasibət bildirilir, ağac kəsənlər ictimai qınaq obyektinə çevrilir.



"Daha bir aktual məsələ isə Xəzər dənizinin çirkləndirilməsi, onun qarşısının alınması və bununla bağlı nazirlik tərəfindən həyata keçirilən davamlı monitorinq və reydlərlə bağlıdır. Xəzərin çirkləndirənlərə qarşı Daxili İşlər Nazirliyi ilə birlikdə keçirilən reydlər davam etdirilir və bu məsələ də daimi olaraq nazirliyin diqqət mərkəzindədir", - deyə İ.Ibrahimova əlavə edib

XƏBƏR LENTİ