Siyəzəndə başlayan yanğın Şabran və Quba rayonlarına keçib- Heyvanlar və quşlar tələf olub

953 30-07-2018, 12:50 hadise

Siyəzəndə başlayan yanğın Şabran və Quba rayonlarına keçib- Heyvanlar və quşlar tələf olubSiyəzən rayonunda başlayan yanğın Şabran və Quba rayonlarının ərazisinə keçib.

“Report”un Şimal bürosunun məlumatına görə, Şabran rayonunun Dağ Bilici kəndi istiqamətindən Quba rayonunun Çiçi kəndi istiqamətindəki dağ-meşə massivində yanğın başlayıb.

Təxminən, 1000 hektara yaxın ərazini əhatə edən yanğın zamanı meşədə heyvanlar və quşlar tələf olub, təbiətə ziyan dəyib.

Hazırda yanğınsöndürənlər və kənd sakinləri tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində işlər görülür.

XƏBƏR LENTİ