Putin ukraynalı jurnalistə vətəndaşlıq verdi

Putin ukraynalı jurnalistə vətəndaşlıq verdiRusiya prezidenti Vladimri Putin Ukraynadan olan mübahisəli rusiyapərəst jurnalist Anatoly Vassermana Rusiya vətəndaşlığı verib.

Putinin yanvarın 27-də imzaladığı fərman Kremlin rəsmi saytında yerləşdirilib.

63 yaşlı Vasserman Ukrayna dövlətçiliyini açıq şəkildə şübhə altında qoyur,Ukraynanın Rusiyanın tərkib hissəsi olduğunu deyir.

O həmçinin Belarus və ukrain dilinin rus dilinin dialektləri olduğunu iddia edir.

Ötən ilin sentyabrında Ukraynada ona qarşı istintaq işi başlanıb.

Ukrayna hakimiyyəti jurnalisti separatçılıq, milli və sosial ədavəti qızışdırmaqda ittiham edir.

1952-ci ildə Ukraynanın Odessa şəhərində doğulan Vasserman 1990-cı ilin ortalarından Moskvada yaşayır.

Xeberdar.net

Putin ukraynalı jurnalistə vətəndaşlıq verdi

  • 27-01-2016, 22:23
  • 591


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI