Ermənistan Mühafizəkarlar Partiyasının sədri:"KOÇARYANIN HƏBSİ RUSİYA PLANINA XİDMƏT EDƏCƏK" - Müsahibə

638 30-07-2018, 21:03 dunya

Ermənistan Mühafizəkarlar Partiyasının sədri:"KOÇARYANIN HƏBSİ RUSİYA PLANINA XİDMƏT EDƏCƏK" - Müsahibə“1in.am”ın müxbiri Artak Yeqiazaryana maraqlı müsahibə verib. Partiya sədri Koçaryanın həbsinin Rusiyanın planlarının həyata keçməsinə xidmət etdiyini açıqlayıb.

Xeberdar.net Strateq.az-a istinadən Mikayıl Ayrapetyanın həmin müahibəsini Azərbaycan oxucularına təqdim edir:



– Cənab Ayrapetyan, məhkəmə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi haqqında qərar verib. Bu fakt ölkədaxili siyasi həyata və ölkənin inkişafına necə təsir edə bilər?

– Əgər Rusiya tərəfi bundan bəhanə kimi istifadə edib, özünün müxtəlif “siyasi” agentləri vasitəsilə burada digər vəzifələri həll etməyə cəhd etməyəcəksə, bu, ölkədaxili siyasi həyata heç cür təsir etməyəcək. Problem daxili siyasi aspektdə deyil, məcburiyyət qarşısında, istəyərək və ya istəməyərək iştirak etməyə qalxdığımız geopolitik aspektdədir. İctimai həyatda isə bu həbs yalnız müsbət təsir göstərəcək, çünki vətəndaşların aprel hadisələrindən sonra toplanmış gələcəyə ümid ehtiyatını artıracaq.

– Bu, postsovet məkanında RF Prezidenti Vladimir Putinlə yaxın olan bir adamın ilk həbs hadisəsidir. Heç vaxtı elə bir vəziyyət olmamışdı ki, Putinə yaxın olan adam – Akayev, Bakiyev, Yanukoviç cəza çəksin. Putin onları müdafiə edib, Koçaryanı isə, ehtimal ki, müdafiə edə bilməyəcək. Koçaryanın həbsi Ermənistan-Rusiya münasibətlərinə necə təsir edəcək?

– Avtoritar liderlər üçün yaxınlıq, dostluq siyasi kateqoriya deyil, ona görə də Putin həmişə Koçaryana yardım etmək deyil, ondan alət kimi istifadə etmək məntiqilə hərəkət edib və edir. Yəni, “kömək edə bilməz” məsələsi yoxdur. Hansısa anda “mavr öz işini gördü, mavr getməlidi” məntiqinin zamanı gəlir. “Yanukoviçlər”dən fərqli olaraq, Koçaryana görməsi üçün bir qara iş də ayrılmışdı. Həmişə belə də olub: əyalət düşüncəli bu “koçaryanlar”a elə gələ bilər ki, onlar bu və ya başqa avtoritar liderlə yaxın münasibətlərdədirlər, həqiqətdə isə onlar lap əvvəldən öz xalqlarına qarşı cinayətlər törətmək üçün alətlər olublar.

Ola bilsin, Koçaryanın nümunəsi dərs olacaq və bizi minillik irrasional siyasi emosionallığın caynaqlarından qurtaracaq və biz, nəhayət, əbədi dəyərin vətəndaşları ilə birgə doğma ölkəmiz olduğunu dərk edərək, öz dəyərlərimizi səmərəli şəkildə yerbəyer edəcəyik.

Koçaryanın həbsi Rusiyanın proqramından kənar ola bilməz, buna görə də, o, erməni-rus münasibətlərinə hər hansı bir real təsir göstərə bilməz. Bundan əlavə, həm bu, həm də xüsusi olaraq Xaçaturovla bağlı məsələ Rusiyanın planlarının həyata keçirilməsinə xidmət edəcək. Bu da taleyi həll edilən müttəfiq və ya kommunist erməni tərəfinin erməni-türk müqaviləsində iştirakdan kənarlaşdırıldığı 1921-ci ildəki vəziyyətə çox bənzər olacaq.

Burada bizim növbəti dəfə yemə görə tələyə düşməməyimiz və uduzmamağımız üçün cənab Baş nazirdən böyük müdriklik tələb olunur.

– Çoxları qeyd edir ki, Koçaryanın həbsi vəzifədə olduğu bütün müddət ərzində öz ölkəsi üçün deyil, Rusiyanın maraqları naminə çalışan bir adamın bu gün RF-dən dəstək almadığını təsbit edən bir presedentdir.

– Əgər Rusiya Ermənistana qarşı öz qara işini görmək üçün Koçaryana ehtiyac duyacaqsa, onda o, onu müdafiə edəcək. Lakin, çox ehtimal ki, o, artıq heç kimə lazım deyil, bu, onun sonuncu və şərəfsizcə istifadə olunmasıdır.

– Koçaryan 1 martdan əlavə, daha nələrdən danışa bilər, nələri ifşa edə bilər?

– Bu, istintaqın yönəldilmə məqsədindən, daha mühümü isə istiqamətindən, onun kimin əlində olmasından asılıdır. Bu isə başqa mövzu ola bilər.

– Mövcud hökumətə qarşı hər hansı bir hərəkət etmək üçün Koçaryanın həbsi əks-inqilabçı qüvvələrin birləşməsinə səbəb ola bilərmi? Bu, hansı hüquqi nəticələrə gətirib çıxara bilər, inqilab üçün hansı risklər yarana bilər?

– Xeyr, ola bilməz. Sizin əks-inqilabçı qüvvələr adlandırdıqlarınız birtərəfli qaydada özlərinin rus sahiblərindən asılıdırlar: əgər onlar hərəkət etmək üçün əmr alacaqlarsa, başlayacaqlar, yox əgər almayacaqlarsa, xeyr, başlamayacaqlar. Onlar qaniçənə hər hansı bir Ermənistan vətəndaşından az nifrət etmirlər.

Xeberdar.net

XƏBƏR LENTİ