"Hazırkı sükut insanların məmnunluğundan xəbər vermir, zaman keçdikcə..."

1 255 1-08-2018, 10:48 siyaset

"Hazırkı sükut insanların məmnunluğundan xəbər vermir, zaman keçdikcə..."





Tarif Şurasının metro və ictimai nəqliyyatda gediş haqqını artırması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Görəsən Tarif Şurasının bu "sürpriz"i cəmiyyətdə müəyyən gərginliyə səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə indidən bu barədə qəti proqnoz verməyin çətin olduğunu qeyd etdi:

“Bu yeniliyin cəmiyyətdə hansısa gərginliyə səbəb olub-olmayacağını proqnozlaşdırmaq çətindir. Demək olmaz ki, qiymət artdı deyə dərhal da gərginlik olacaq. Lakin heç kim bundan məmnun deyil. Bundan məmnun olan sosial təbəqə yoxdur. Bu kimi hadisələrdə cəmiyyətdəki gərginlik dərhal özünü göstərmir. Zaman keçdikcə, insanlar bunun ağır-acısını, maddi çətinliyini öz üzərində hiss etdikcə öz reaksiyalarını bildirirlər. Hazırkı sükut isə insanların məmnunluğundan xəbər vermir. Zaman keçdikcə insanlar bunu daha çox hiss edəcəklər. Biri var ki, ay ərzində 6 manat yol pulu verəsən, biri də var 9 manat. Bir ailədə 4-5 nəfər olanda, bu, ailə büdcəsinə ciddi şəkildə təsir göstərir. Ona görə də bu yeniliyin gələcəkdə nə ilə nəticələnəcəyini demək çətindir”.

XƏBƏR LENTİ