Türkiyə gözəlinin ölümündə Adnan Oktar izi: 3 sirli inithar yenidən araşdırılır – FOTOLAR

670 1-08-2018, 17:53 dunya

Türkiyə gözəlinin ölümündə Adnan Oktar izi: 3 sirli inithar yenidən araşdırılır – FOTOLARAdnan Oktarın təşkilatı ilə bağlı aparılan istintaq zamanı 30 il əvvəl Türkiyənin gündəmini zəbt edən 3 intihar dosyesi ortaya çıxarılıb. İntihar edən Türkiyə gözəli Ahu Paşakayın ölümündə Adnan Oktar izi axtarılır. Bundan əlavə iki gənc qızın ölümündə də Adnan Oktar şübhəli bilinir.

İstanbul polisi tərəfindən aparılan istintaqda hər gün təşkilat ilə bağlı yeni detallar ortaya çıxarılır. 250 nəfərin zərərçəkmiş olaraq ifadə verdiyi istintaqda 3 gənc qızın ölümü yenidən araşdırılmağa başlanılıb.

Türkiyə gözəlinin ölümündə Adnan Oktar izi: 3 sirli inithar yenidən araşdırılır – FOTOLAR
Ahu Pakaşayın intiharı
Ahu Paşakay 2002-ci ildə İstanbulun Arnavutköy ərazisində yaşadığı villada özünü asmışdı. Qeyd edək ki, Ahu Paşakay 1995-ci ildə Türkiyə gözəli seçilmişdi. Təqaüddə olan konsol Kaya Paşakay qızının ölümündə Adnan Oktarın izinin olub-olmadığı ilə maraqlanır.
Türkiyə gözəlinin ölümündə Adnan Oktar izi: 3 sirli inithar yenidən araşdırılır – FOTOLAR
Nil Kalkavanın intiharı
1988-ci ildə İstanbulun Kadıköy ərazisində 10-cu mərtəbədən özünü atan 18 yaşlı Nil Kalkavan həyatını itirmişdi. Araşdırmalar zamanı gənc qızın psixoloji problemləri olduğu üçün intihar etdiyi bildirilmişdi.
Türkiyə gözəlinin ölümündə Adnan Oktar izi: 3 sirli inithar yenidən araşdırılır – FOTOLAR
Nuray Tınarın intiharı
Araşdırılacaq digər intihar araşdırması isə 2000-ci ildə İstanbulun Büyükçekmece ərazisindəki evində intihar edən Nuray Tınar ilə bağlıdır. Qeyd edək ki, Adnan Oktarla bağlı 235 şübhəliyə qarşı cinayət törətmək məqsədilə təşkilat qurmaq, uşaqların cinsi istismarı, seksual xarakterli hücum, azyaşlılarla seksual münasibət, uşağın qaçırılması və ya saxlanması ilə təcavüz, şantaj, insanları öz iradəsinə qarşı olaraq saxlama, siyasi və hərbi cəsusluq, dini inam və duyğuların istismar edilməsi ilə dələduzluq, sənəd saxtakarlığı, təhdid, insanları hərbi xidmətdən soyutmaq, rüşvət və digər ittihamlar irəli sürülüb. (musavat.com)

XƏBƏR LENTİ