Spirtli içkinin normal qəbulu bəzi xəstəliklərin qarşısını alır - ARAŞDIRMA

1 334 2-08-2018, 13:16 maraqli

Spirtli içkinin normal qəbulu bəzi xəstəliklərin qarşısını alır - ARAŞDIRMAFransa və Böyük Britaniyadan olan alimlər qrupu müəyyənləşdirib ki, spirtli içkidən tamamilə imtina edib və ya həftədə daha 140 qram təmiz spirt qəbul edən adamlarda, demensiya (əqli azalma, yaddaşsızlıq) risqi artır.

Bu barədə EurekAlert-in press-relizində bildirilir.

1985-ci ildən başlanan uzunmüddətli tədqiqatda, 55 yaşdan 35 yaşadək 9087 nəfər könüllü iştirak edib. Alimlər 1985-1993-ci illərdə spirtli içkinin miqdarını və spirtli içkidən asılılığın dərəcəsini müəyyən ediblər. Sınananların sağlamlığını 1991-ci ildən izləyiblər və 23 illik müşahidənin nəticəsi kimi bu zaman 397 iştirakçıya demensiya diaqnozu qoyulub. Diaqnozun orta yaş həddi 76 olub.

Məlum olub ki, həftədə 140 qram təmiz spirtli içki qəbul edənlərdə demensiyanın inkişaf ehtimalı 17 faiz artıb. Eyni zamanda spirtli içkidən tam imtina edənlərdə də xəstələnmə risqinin eyni faizlə atması müşahidə edilib.

Mütəxəssislərin sözlərinə görə normadan artıq spirtli içkinin xəstəlik yaratma ehtimalı nə qədər varsa, alkoqoldan tam imtina da demensiya yaradır. Ona görə də həftədə qəbul olunmuş normadan artıq olmamaq şərtilə spirtli içki qəbul edilməsi demensiya və başqa xəstəliklərin yaranmasının qarşısını ala bilir./Moderator.az/

XƏBƏR LENTİ