Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü – VİDEO

1 902 3-08-2018, 18:41 gundem

Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü – VİDEOQMİ sədri Hacı Allahşükür Paşazadənin qohumu, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Xəzər TV-nin əməkdaşlarına hücum çəkib.

BakuPost xəbər verir ki, hadisə jurnalistlərin Faiq Seyfullayev adlı Bakı sakininin aldığı mənzilin sənədləri ilə bağlı yaranan problemini işıqlandırarkən baş verib. Belə ki, F. Seyfullayevin şikayətini araşdırmaq üçün onun evinə yollanan TV işçiləri az sonra Hacı Mazanla qarşılaşıblar. Məlum olub ki, həmin binanı Hacı Mazan tikib. Şikayətçinin narazılığı da məhz binanın sahibindəndir. Bunun qarşısını almaq uçun Hacı Mazan evə girərək, onlara kameranı söndürmələrini əmr edib və “mənəm buranın yiyəsi, sən kimsən, niyə girmisən bura, rüşvət almısan?” deyə qışqırmağa başlayıb. Daha sonra isə müxbirin əlindəki mikrofonu əlindən dartaraq alıb.

F. Seyfullayev bu hadisədən sonra Hacı Mazanın adamları tərəfindən döyüldüyünü iddia edib və sosial şəbəkədə canlı efirdə üz-gözündəki yumruq izlərini nümayiş etdirib. Həmin görüntüləri təqdim edirik:


XƏBƏR LENTİ