Qoçuluda bir gün... DÜNYAMALI KƏRƏM-99.

2 424 4-08-2018, 20:18 siyaset / gundem

Qoçuluda bir gün... DÜNYAMALI KƏRƏM-99.


İnsanlar bir- birinə hörmətlə və sayğıyla yanaşanda onların dəyəri daha qiymətli olur. Çünki, can sağlığı, ailə səadəti və uzun ömür diləmək daha da xoş olur hər zaman.
Uzun ömür deyərkən 100- yaşa varmaq nəzərdə tutulur.
-Allah sənə 100- il ömür versin, deyilirsə daha xoş olur. Xalqımızın gözəl şairi Osman Sarıvəlli də bir misrasında gözəl deyib:
“Hər kim 100 il yaşamasa,
Günah onun özündədi”.
Doğrudan doğruya 100 –il yaşamaq hər kəsin ən gözəl xəyallarından biridir. Amma ya qismət. Belə deyəllər ki:
Sən saydığını say, görək fələk nə sayır.

Bu günlərdə Bakıdan bir dəstə saz və söz adamı Gürcüstana bir səfərə gəlmişdi. Əslində, çox gözəl bir ziyarət varıydı bu gəlişdə. Bir nuraninin, bir piraninin öz evində, öz ocağında olmalıydı bu ziyarət. Elə də oldu. Ömrünün 99-cu yaşına qədəm basan bir ustad şair, el ağsaqqalı, müdrik dədə olan Dünyamalı Kərəmin ziyarətinə üz tutmuşdu Bakıdan gələn karvan. Bu görüş, bu ziyarət, bu ziyarət ulu Borçalının qaim-qədim Qoçulu elində gerçəkləşdi.
“Aşıq Pəri İnciləri” üzvlərinin gerçəkləşdirdiyi bu gözəl ziyafət hər kəsdə çox gözəl bir ovqat yaratmışdı. Başda məclisin sədri- şair Pərvanə Zəngəzurlu olmaqla bərabər Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi , çox dəyərli xanım- xatın ustad aşıq olan Solmaz Kosayeva. Bu sətirlərin müəllifi(eyni zamanda məclisin prodüsseri və bədii rəhbəri), şairlər Rəhilə Veysəlli, Südabə İrəvanlı varıydı.
Vaxtilə Dünyamalı Kərəmi öz evində ziyarət etmiş dəyərli alimimiz, filologiya üzrə fəlsəfə doktoru ,“Aşıq Pəri Məclisi”-nin fəxri üzvü, şairə Fəridə Ləmana səhhəti bu ziyarətə getməyə imkan verməsə də, ürək sözlərini göndərmişdi:

Bir zirvəyə yol gedirsən,
Xurcun dolu bol gedirsən.
Xoş müjdələr al gedirsən,
Dünyamalı Kərəm ustad.

Kök atıbdı neçə pöhrən,
Gül açacaq hələ çöhrən,
Rəbbim verib sənə görkəm,
Dünyamalı Kərəm ustad.

Yol keçmisən el gözündən,
Qor götürdün el közündən,
Dərs alırıq hər sözündən,
Dünyamalı Kərəm ustad.

Elin gözü tərəzidi,
Söz- söhbətin murazıdır,
Hər gələn yaş gül yazıdı,
Dünyamalı Kərəm ustad.

Misralarda yaşar ömrün,
Halal sözün, halal xəmrin.
Ucalıqdı fərman ömrün,
Dünyamalı Kərəm ustad.

Sağ olsun Güllü bacımız,
Şeirdə, sözdə tacımız.
Bu da bir alın yazımız,
Dünyamalı Kərəm ustad.

99-a maşallah,
Şükür sənə uca Allah,
Tanrı sevir səni Vallah,
Dünyamalı Kərəm ustad.

Fəridə də gördü səni,
Sildi gözdən duman, çəni,
Sevdim bu görüşü, dəmi
Dünyamalı Kərəm ustad.

Var olun, deyiri Fəridə xanıma.


Tiflisdən aşıq Nargilə, şair Şökət Dağlarqızı bu ziyarətə rəng qatdılar. Qoçulu orta məktəbinin direktoru gözəl ziyalımız, saz-söz vurğunu Vənnahar xanım, dəyərli ziyalımız Zimistan müəllimə də bu gözəl ziyarətə öz xeyir- dualarını verdi.
Həmən gün Qoçulu kəndi toy-bayram libasındaydı.
Qoçuluda bir gün... DÜNYAMALI KƏRƏM-99.
Ustad Dünyamalı Kərəmin ikiməttəbəli evi nin geniş və gözəl həyətində elə bil toy-düyün hazırlığı görülmüşdü. Üzüm çardağının altında xalçalar salınmış, gül-çiçəklər arasında şairin yaradıcılıq nümunələri – kitablar, qəzetlər , dərgilər varıydı.
Şairə həsr olunmuş məclis onun şeirləri ilə açıldı. Gürcüstanın Əməkdar jurnalisti adına və Şərəf ordeninə layiq görülən Dünyamalı Kərəmin bütün ömür yolu burda işıqlandırıldı. Aşıqlar onun sözlərinə saz havaları üstə layla çaldılar. Şairlər ona həsr elədikləri şeirlərini oxudular. O gün Qoçuluda və ümumən Borçalıda bir “Dünyamalı Kərəm rüzgarı” əsirdi. O gün 99-yaşlı bir ustadın yenidən dünyaya gələnb günüydü sanki. Ustadın yenicə yazdığı şeirləri , saz havası üstə qol açıb oynaması onun hələ nə qədər güclü olmasından xəbər verirdi.
Qoçuluda bir gün... DÜNYAMALI KƏRƏM-99.
Şairin o gözəl gündəki ziyarətində onu sevən ziyalılardan, tanınmış şair Dərviş Osman Əhmədoğlu, Məhəmməd Faxralı, Süddərxan Kazımov,Zahid Nəsibov, Ramiz Bəkirov aşıq İlkin Borçalı, aşıq Samir və başqaları da varıydı.
Dədə şairə 100-yaş arzuladıq.
Amma deyəsən bu çox az görünür.

Güllü Eldar Tomarlı
“Gürcüstan” qəzetinin Azərbaycan üzrə müxbiri, “Aşıq Pəri Məclisi”-nin bədii rəhbəri, prodüsseri

XƏBƏR LENTİ