Bulvarda 18 yaşlı qız özünü dənizə atdı –Polis həyatını xilas etdi

784 6-08-2018, 11:50 hadise

Bulvarda 18 yaşlı qız özünü dənizə atdı –Polis həyatını xilas etdi
Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub.

Bu, Binəqədi rayon sakini, 2000-ci il təvəllüdlü F.Mövlanadır.

O, Dənizkənarı Milli Parkda yerləşən “Şeytan çarxı” atraksionunun yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib.

Gənc qadın polis və Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır/Report.

XƏBƏR LENTİ