Bakıda şirkət rəhbəri onlarla vətəndaşın pulunu mənimsəyib – VİDEO

Bakıda şirkət rəhbəri onlarla vətəndaşın pulunu mənimsəyib – VİDEOİpoteka ilə ev almaq istəyənlərin sayının çoxalması dələduzları bu sahəyə də yönəldib.

Xezerxeber.az-ın məlumatına görə, fırıldaqçılar tək şəxsiyyət vəsiqəsi ilə kredit adıyla vətəndaşları aldadırlar.

Bir qrup vətəndaş “Xəzər Xəbər”ə müraciət edərək bir şirkət tərəfindən aldadıldıqlarını iddia edib. Məsələni araşdırdıqda isə olduqca maraqlı detallar üzə çıxıb.

Min bir əziyyətlə ev almaq üçün pul yığan bir neçə vətəndaş dələduzluq edən şirkətin qurbanı olub. Uzun müddətdir özünə ev almaq istəyən, lakin tam məbləğə gücü çatmayan Vüsal Həsənov internetdə “SN Group” adlı bir səhifə ilə rastlaşır. Burada tək şəxsiyyət vəsiqəsi ilə ipoteka kreditinin verilməsi ilə bağlı yüngül şərt vətəndaşa cəlbedici görünür.

Vüsal Həsənov deyir ki, sənədləri topladıqdan sonra özünü “SN Group” şirkətinin direktrou kimi təqdim edən Aydın İsmayılovla müqavilə bağlayır. Daha sonra Aydın İsmayılov vətəndaşdan ilkin ödəniş və şirkətin komisiyya haqqını ödəməsi üçün banka göndərib və yenidən görüşmələrini təklif edib.

Növbəti gün Vüsal Həsənov görüş üçün deyilən yerdə olsa da, Aydın İsmayılov gəlməyib. Və orda məlum olub ki, onu kimi bir neçə vətəndaş da eyni qaydada şirkətə pul ödəyib.

Digr zərərçəkmiş Anar Rəhimov isə deyir ki, onlardan əlavə 4-5 nəfərə qarşı da eyni yolla dələduzluq olub. Həmin gündən bu vaxta qədər isə Aydın İsmayılovdan bir məlumat yoxdur. “SN Group”un yerləşdiyi ofisdən isə bildirdilər ki, Aydın İsmayılov ofisi bir aylıq kirayə götürüb, növbəti ay isə ödəniş etmədiyinə görə aralarındakı müqaviləyə xitam verilib.

Maraqlısı budur ki, vətəndaşlara verilən bank qəbzlərində “İpotekanın rəsmiləşdirilməsi üçün ilkin ödəniş” kimi qeyd edilib. Qəbzdə yazılanlara və müqaviləyə inanan vətəndaşlar isə prosesin rəsmi qaydada keçdiyi qənaətinə gəliblər.

Ekspertlər isə deyirlər ki, təcrübədə belə bir dələduzluq formasına rast gəlinməyib və bu məsələnin ciddi şəkildə araşdırmaya ehtiyacı var.

Faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.Araşdırmalar davam etdirilir.

Bakıda şirkət rəhbəri onlarla vətəndaşın pulunu mənimsəyib – VİDEO

  • 7-08-2018, 00:10
  • 284


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI