Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirildi

Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirildiAvqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakı şəhərində və respublikanın digər bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Məcburi köçkünlərin kollektiv və fərdi müraciətləri, əsasən, mənzil-məişət problemləri, məskunlaşma, məşğulluq, qeydiyyat və status məsələləri ilə bağlı olub. Onlara bir daha xatırladılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Belə ki, yeni yaşayış komplekslərinin inşası davam etdirilir, ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə köçürülür. Qeyd olunub ki, bu sahədə görülən işləri Birinci vitse-prezident xanım Mehriban Əliyeva daim diqqətdə saxlayır.

Məcburi köçkünlərin müraciətləri diqqətlə dinlənilib və müvafiq qaydada qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılması və mövcud qanunvericilik çərçivəsində tədbirlər görülməsi üçün tapşırıqlar verib

Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirildi

  • 7-08-2018, 16:38
  • 115


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI