Nərimanovda ağacların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı materiallar polisə göndərilib

Nərimanovda ağacların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı materiallar polisə göndərilibEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların dibindən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə sulfat və nitrat ionunun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, faktla bağlı məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Nərimanov rayon Polis İdarəsinə göndərilib.

Xatırladaq ki, ETSN-yə Ağa Nemətulla küçəsi 1987 ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı şikayət daxil olmuşdu. Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunmuşdu. Sözügedən ağaclara aqrotexniki qulluq göstərilməsi və qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan yazılı göstəriş verilmişdi.

Nərimanovda ağacların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı materiallar polisə göndərilib

  • 7-08-2018, 16:47
  • 446


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI