“İqtisadi durumunun ağırlışması Ermənistanın güzəştə getməsi ilə nəticələnməyəcək”

815 11-08-2018, 14:10 siyaset

İqbal Ağazadə: “Ermənistan Rusiyanın Cənubi Qafqaz siyasətini nəzərə almağa məhkumdur”
“İqtisadi durumunun ağırlışması Ermənistanın güzəştə getməsi ilə nəticələnməyəcək”












İranda sanksiyalar səbəbi ilə yaşanacaq iqtisadi geriləmələrin Ermənistanda da ciddi şəkildə özünü hiss etdirəcəyi ilə bağlı proqnozlar səslənməkdədir.

Maraqlıdır,Ermənistanda onsuz da ağır olan iqtisadi vəziyyətin daha da ağırlaşması bu ölkəni Qarabağla bağlı sülh danışıqlarında daha aktiv olmağa, güzəştli mövqe sərgiləməyə vadar edə bilərmi?

Moderator.az -a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bunu reallıqdan uzaq ehtimal kimi dəyərləndirdi:

“Ermənistan-Azərbaycan münaqişəsinin xarakteri elədir ki, onu iqtisadi məsələlərlə, vəziyyətin ağırlığı ilə ölçmək, buna əsasən də vəziyyətin dəyişəcəyini, yaxud Ermənistanın güzəştə gedəcəyini düşünmək sadəlövhlük olar. Ermənistan-Azərbaycan konfiliktinin xarakteri Rusiyanın Cənubi Qafqaz siyasətinin tərkib hissəsidir. Hər şey Rusiyanın mövqeyindən asılı olacaq. Bu, təkcə Ermənistandan asılı olan məsələ deyil. Ermənistan bu məsələdə Rusiyanın Cənubi Qafqaz siaysətini nəzərə almağa məhkudur. Odur ki, bu proseslərdn müsbət nəticə gözləmək, İranda, ətraf ölkələrdə baş verən hadisələrdən ümidlənmək siyasi reallıqdan uzaq olmaq deməkdir”.

XƏBƏR LENTİ