«ABŞ Moskva ilə Berlinin əməkdaşlığından ehtiyatlanır» – Bundestaqın deputatı

589 13-08-2018, 15:18 dunya

«ABŞ Moskva ilə Berlinin əməkdaşlığından ehtiyatlanır» – Bundestaqın deputatı
Bundestaqın deputatı, «Sollar» partiyasının lideri Sara Vagenknext «Frankfurter Allgemeine» qəzetinə verdiyi müsahibədə bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın resursları ilə alman texnologiyalarının «birləşməsindən» ehtiyatlanır.

«ABŞ özünün maraqlarını güdür, Trampın gəlişindən sonra isə aqressiv üsullara əl atır. Onların maraqları mühüm məsələlər üzrə Avropanın maraqları ilə ziddiyyət təşkil edir – həm də təkcə iqtisadi maraqlar baxımından yox. Birləşmiş Ştatlar resurs uğrunda apardığı müharibələrlə Yaxın Şərqdə sabitiyi pozur və bunu İranda da davam etdirir. Bu zaman, bütün bunların bədəlini ilk növbədə Avropa ödəyir. Biz, öz maraqlarımızla zidiyyət təşkil edən siyasətə tabe olmamalıyıq» – deyə, deputat qeyd edib.

Siyasətçinin sözlərinə görə, Rusiya ilə pis münasibətlər Avropa İttifaqına ziyan vurur, amma bunun əksinə olmalıdır – Moskva ilə məhsuldar əməkdaşlığı inkişaf etdirmək lazımdır.

«Birləşmiş Ştatlar hər zaman Rusiyanın resursları ilə alman texnologiyalarının birləşməsindən qorxub və düz də eləyib» – deyə, deputat fikrini tamamlayıb./AzPolitika.info/

XƏBƏR LENTİ