Dəvə avtomobilin kabinəsinə girdi... - Dəhşətli qəzadan görüntülər...

948 13-08-2018, 17:16 video

Dəvə avtomobilin kabinəsinə girdi... - Dəhşətli qəzadan görüntülər...İordaniyanın Maan əyalətində sürətlə gedən avtomobil dəvə ilə toqquşub.

Maşın o dərəcədə sürətlə gedib ki, toqquşma zamanı nəhəng heyvan ön şüşənin qırılması nəticəsində birbaşa sürücünün əyləşdiyi yerə düşüb.
Müxtəlif dərəcəli ağır xəsarətlər almış sürücü və sərnişinlər təcili xəstəxanaya çatdırılıb. Xeyli zədələrə məruz qalmış zavallı heyvan da xilasedici alətlərin köməyi ilə əzilmiş avtomobildən çıxarılanadək çox əziyyət çəkib. Şahidlər tərəfindən çəkilmiş video-yazıda sürücünün sürət həddini aşması ucbatından çıxılmaz vəziyyətə düşmüş dəvənin çırpıntıları və nərə səsləri əks olunub.


XƏBƏR LENTİ