Bakının 3 rayonunda, eləcə də Hacıqabul rayonunda su kəsiləcək

731 15-08-2018, 10:49 cemiyyet

Bakının 3 rayonunda, eləcə də Hacıqabul rayonunda su kəsiləcəkSon günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


XƏBƏR LENTİ