“Qorxuram ki, bütün bunlar vətəndaş müharibəsinə gətirəcək və biz torpaqları Azərbaycana qaytaracağıq…”

810 16-08-2018, 16:19 gundem

Erməni partiya lideri:” Paşinyanın ölkədə baş verən gerçəkliklərdən xəbəri yoxdur- ətrafı onun aldadır…”
“Qorxuram ki, bütün bunlar vətəndaş müharibəsinə gətirəcək və biz torpaqları Azərbaycana qaytaracağıq…”
“Prezident Sarkisyan eks-prezident Robert Köçəryanın mətbuat konfransının baş tutmaması haqda öz fikrini ifadə etməlidir”.

Bunu dünən İrəvandakı “Tesaket” klubunda Milli Təhlükəsilzlik partiyasının sədri Qarnik İsaqulyan söyləyib.

Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkə mediası məlumat yayıb. Partiya lideri sözügedən mövzuda hüquq-mühafizə orqanlarının, xüsusən Xüsusi İstintaq Komissiyası rəhbərinin də rəy bildirməsini vacib sayıb.

Q.İsaqulyanın fikrincə, hazırda Ermənistanda baş verənlər yaxşı heç nə vəd etmir. “Hər şey müəyyən olunmuş ssenariyə uyğun aparılır. Bu gün ərazilərin Azərbaycana qaytarılmasından çox danışılır. Və qəribədir ki, indi daha çox ərazilərin təhvil verilməsindən danışanlar fəaldır”-deyə erməni siyasətçi vurğulayıb.

Q.İsaqulyan Ermənistan rəhbərliyini ölkəni “inqilabçı və əks-inqilabçılara bölməməyə” çağıraraq bu gün Ermənistanda vətəndaş müharibəsi təhlükəsinin böyük olduğunu bildirib: “Mən narahatam ki, bütün bunlar vətəndaş müharibəsinə gətirəcək və biz torpaqları qaytaracağıq…”.
O bildirib ki, Qarabağdan yenicə qayıdıb orada “ Artsax” və Ermənistanın keçmiş prezidentləri də olub və geniş müzakirələr aparılıb…

Erməni partiya sədri baş nazir N.Paşinyana müracət edərək onu 17 avqust mitinqi ərəfəsində hər sözündə ehtiyatlı olmağa çağırıb “Paşinyan ölkədəki gerçəklikləri bilmir və onun ətrafı onu aldadır”-deyə Q.İsaqulayn bir daha işğalçı ölkənin taleyindən narahatlığını ifadə edib.


xeberdar.net

XƏBƏR LENTİ