Sumqayıtda insanlığa yaraşmayan hərəkət – VİDEO

Sumqayıtda insanlığa yaraşmayan hərəkət – VİDEOSumqayıtda insanlığa yaraşmayan hərəkət törədilib. Kimliyi bilinməyən bir nəfər itin gözlərini oyub.

Xəzər TV-nin çəkiliş qrupu həmin ünvanda olub. It ilkin yardım üçün əvvəlcə Sumqayıt Şəhər Baytarlıq Idarəsinə aparılıb, daha sonra isə heyvan sığınacaqlarından birinə təhvil verilib.

Gözləri və ayaqları al-qan içində olan it binanın blokunda çarəsizcə yatırdı

Bura Sumqayıt şəhəri Nizami küçəsi 5 ünvanında yerləşən yaşayış binasının bloklarından birinin içidir. Kimliyi bilinməyən bir nəfər tərəfindən sahibsiz itə qarşı sözün əsl mənasında zorakılıq tətbiq olunub. İtin gözlərini çıxarmaq istəyən şəxs onun hər iki gözünə ciddi xəsarət yetirib.

Hadisə ilə bağlı elə həmin bina sakini Sürəyya Hüseynova bizə məlumat vermişdi. Onun sözlərinə görə, işgəncə verilən it gecə saatlarında gətirilərək həmin binanın blokuna atılıb

Sahibsiz itin bu hala salınması bina sakinlərinin qəzəbinə səbəb olub.

Elə bina sakini Sürəyya Hüseynova tərəfindən Evsiz Heyvanlarin Müdafiə İctimai Birliyinin əməkdaşları da həmin yerə dəvət olunmuşdu.

Daha sonra isə it ilkin tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhəri Baytarlıq İdarəsinə aparıldı. Yaralı olan it həddindən artıq aqressiv olduğundan ona ilkin yardım göstərmək mümkün olmadı. Sumqayıt Baytarlı xidmətinin rəis vəzifəsini müvəqqəti icra edən Elman Aslanov bildirdi ki, idarə tərəfindən hadisəni törədən şəxsin tapılması üçün Sumqayıt şəhər polis idarəsinə məlumat veriləcək.

Daha sonra it reablitasiya keçmək üçün Evsiz Heyvanlarin Müdafiə İctimai Birliyinin Mərdəkan qəsəbəsində yerləşən sığınacağına aparıldı.

Qeyd edək ki, inzibati xətalar məcəlləsinə görə, heyvanlara qarşı zorakılıq tətbiq edən şəxslər 500 manata qədər cərimə edilir.

Sumqayıtda insanlığa yaraşmayan hərəkət – VİDEO

  • 18-08-2018, 10:33
  • 307


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  7. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  10. Şənbə gününün hava proqnozu açıqlanıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI