Ramil Usubovdan soruşun...-vətəndaş sorğusu

“Əgər bu iddiam əsassızdırsa Azərbaycan Respublikasının qanunları ilə böhtan atdığıma görə cavab verməyə hazıram.” Bu iddia İmişli şəhər, Nəriman Nərimanov küçəsi ev 1-də yaşayan Səmədov Gülməmməd Səməndər oğluna məxsusdur.


- Mənim İmişli rayon PŞ-nin rəis müavini Habil Ağayevlə hər hansı bir münaqişəm yoxdur. Sadəcə cənab nazir Ramil Usubova müraciət edirəm, bir böyrəyi olmayan xəstə adam necə ola bilir ki, uzun illər polis orqanlarında yüksək vəzifədə çalışır? Bunu hansı maraqlar təmin edir? Bəyəm ölkə qanunları buna icazə verirmi? Bir neçə il əvvəl mənim oğlumda polis orqanlarında çalışmaq üçün rəsmi müraciət etmişdi. Lakin onun öd kisəsi cərrahi əməliyyatla götürüldüyünə görə polisə qəbul edilmədi. Halbuki böyrəklə müqayisədə öd kisəsinin fəaliyyəti olduqca azdır. Amma göründüyü kimi hansısa qüvvə Habil Ağayevi həmin vəzifədə uzun illərdir saxlaya bilir. Bir müddət əvvəl Habil Ağayev mənim bu sirri açmamağım üçün qapıma rayonda hər kəs tərəfindən qəbul edilən hörmətli şəxslərdən birini göndərmişdi. Əgər iddiam yalan idisə bəs nə üçün bu şəxs səhhəti ilə bağlı sirrin açılmasından çox narahat idi?
Göründüyü kimi vətəndaş iddiasında israrlıdır. Hətta yalan məlumat yaydığına görə ölkə qanunları ilə cavab verməyə hazır olduğunu da bəyan edir. Əgər İmişli rayon sakini Səmədov Gülməmməd Səməndər oğlunun iddiası təsdiq edilərsə, o zaman Daxili İşlər nazirliynin bu məsələyə cavabdeh olan şəxsləri necə olub ki, hətta sıravi deyil, yüksək rütbəli polis zabitinin səhhəti haqqındakı həqiqətlərdən xəbərsiz olublar? Axı bu vəziyyət daha ciddi mətləblərdən xəbər verir. Və o qənaət yaradır ki, bu cür ciddi məsələnin gizlədilməsində müəyyən bir qrupun məqsədli fəaliyyəti olub. Yəni həkim imzası, baş həkim möhürü, DİN səlahiyyətlisi isə rəyi ilə Habil Ağayevlə bağlı həqiqətləri gizləməyə nail olub. Deməli aldadılan Daxili İşlər nazirliyinin rəhbərliyi olub. Bəs bir şəxsin polis orqanlarında qalmasının təmin edilməsi üçün bu qədər geniş miqyasda yalana və sənəd saxtakarlığına ehtiyac var idimi? Nə üçün cənab nazir Ramil Usubova yalan məruzə edilməlidir? Göründüyü kimi DİN-in məsələyə rəsmi münasibəti olduqca vacibdir. Əks halda ölkə vətəndaşının təhlükəsizliyinə cavabdeh olan bir qurumla bağlı müəyyən təəsüratların yaranmasına rəvac verilər. Onu da xatırladaq ki, “Polis haqqında Azərbaycan Respublikasının Qanunu”nda, IV fəsil (Polisdə xidmət keçmənin əsasları) –də deyilir:
I. Polisdə xidmətə ... sağlamlıq vəziyyətinə ... görə ... Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
II. Polisdə xidmətə qəbul edilən şəxsin fiziki hazırlığı və sağlamlığı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.

Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc etməyə hazırdır.

Xeberdar.net

Ramil Usubovdan soruşun...-vətəndaş sorğusu

  • 18-09-2018, 16:47
  • 893


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI