Avropada qızılca kabusu:Minlərlə insan bu xəstəliyə yoluxub, ölənlərin sayı artır

838 21-08-2018, 11:22 dunya

Avropada qızılca kabusu:Minlərlə insan bu xəstəliyə yoluxub, ölənlərin sayı artırBu ilin ilk 6 ayı ərzində Avropada 41 min uşaq və böyük qızılca xəstəliyinə yoluxub. Bu, son onillikdə istənilən 12 aylıq göstəricidən yüksəkdir.

2010-2017-ci illər ərzində ən yüksək yoluxma ötən il qeydə alınıb, 23 min 927 nəfər yoluxub. 2016-cı ildə isə cəmi 5 min 273 nəfər qızılcaya yoluxub ki, bu, ən aşağı hədd sayılır.

Bu il qızılcadan azı 37 nəfərin dünyasını dəyişdiyi bildirilir. Məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb.

Avropa regionunda yeddi ölkədə – Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Rusiya, Serbiya və Ukraynanın hər birində 1000-dən artıq yoluxma halı aşkarlanıb. Ukraynada 23 min nəfər qızılca tutub ki, bu da regiondakı ümumi göstəricinin yarıdan çoxu deməkdir.

Xəstəlikdən ən çox ölüm halları da bu ölkələrdə qeydə alınıb, Serbiyada 14 nəfər dünyasını dəyişib.

Qızılca və Məxmərəyin Ləğvi üzrə Avropa Regional Komissiyası bildirib ki, regionda 53 ölkə qızılcanın, 42 ölkə isə məxmərəyin epidemik halda yayılmasını önləyiblər.

Komissiya xəstəliyə yetərincə nəzarət olunmamasından, bəzi ölkələrdə peyvəndləmənin səviyyəsindən narahatlığını bildirir. Qurum həmçinin bildirib ki, bəzi ölkələrdə qızılcanın yayılması son 12 ayda davam edib və həmin ölkələr yenidən epidemiya durumuna qayıdıb.

ÜST qızılca virusunun özəllilklə yoluxucu olduğunu, həssas fərdlər arasında asanlıqla yayıldığını bildirib. Epidemiyanın önlənməsindən ötrü hər il hər bir icmanın azı 95 faizinin vaksin almasının vacibliyi qeyd olunur. (Azadlıq.org)

XƏBƏR LENTİ