Ukraynada azərbaycanlı saxlanılıb- Qadın alverində ittiham olunur

680 22-08-2018, 20:21 kriminal

Ukraynada azərbaycanlı saxlanılıb- Qadın alverində ittiham olunurUkraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb.

Ukraynanın paytaxtı Kiyev şəhər Şevçenkovskiy rayon polisi ilə Xerson şəhər polisinin birgə əməliyyatı nəticəsində azərbaycanlı, 1970-i il təvəllüdlü Həsənov Qabil Xasay oğlunun başçılıq etdiyi dəstə saxlanılıb.

Azərbaycanlı barəsində artıq Şevçenkovskiy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan rədbiri seçilib.

O, başçılıq etdiyi dəstə ilə birgə 50-ə qədər ukraynalı qadını Avropa və ərəb ölkələrində fahişəliyə cəlb etmə məqsədilə satılmasında ittiham olunur./Report/

XƏBƏR LENTİ