Bloqqer Mehman Hüseynov həbsdən buraxılmadı –Məhkəmə müraciəti təmin etmədi

704 24-08-2018, 16:45 cemiyyet

Bloqqer Mehman Hüseynov həbsdən buraxılmadı –Məhkəmə müraciəti təmin etmədiBloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciəti üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, 14 saylı cəzaçəkmə müəssisəsində Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Mehman Hüseynovun müraciəti təmin edilməyib.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

XƏBƏR LENTİ