Polis rəisi vəzifəsindən azad olundu- Ramil Usubovun əmri ilə

946 26-08-2018, 14:35 cemiyyet

Polis rəisi vəzifəsindən azad olundu- Ramil Usubovun əmri iləGoranboy Rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general polkovnik Ramil Usubovun müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Məlumata görə F.Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

XƏBƏR LENTİ