ABBAS ABBASOVUN OĞLU BAKI AEROPORTUNDA SAXLANILIB! – Sabiq deputat hardadır? (Yenilənib)

1 158 27-08-2018, 14:11 gundem

ABBAS ABBASOVUN OĞLU BAKI AEROPORTUNDA SAXLANILIB! – Sabiq deputat hardadır? (Yenilənib)Xəbər verdiyimiz kimi, dünən Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “AzPolitika.info”ya daxil olan məlumatda Gəncənin sabiq deputatı A.Abbasovun Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıldığı bildirilib. Ancaq indiyə qədər bununla bağlı hər hansı rəsmi açıqlama verilməyib.

“AzPolitika.info” ötən müddət ərzində məlumatı dəqiqləşdirməyə çalışsa da, rəsmi olaraq nə təsdiq, nə də təkzib cavabı ala bilib.

Ancaq özəl mənbələrimiz vasitəsilə əldə etdiyimiz məlumatlar A.Abbasovun saxlanılması xəbərinin doğru olduğunu söyləməyə əsas verir. Bunu başqa faktlar da təsdiqləyir.

Əvvəla, xəbərin yayılmasından bir sutkaya yaxın vaxt keçsə də, nə sabiq deputatın özü və yaxınları, nə də rəsmi mənbələr məlumatı təkzib etməyiblər.

İkincisi, fəal “facebook” istifadəçisi olan A.Abbasov dünəndən bu yana “fb” üzərindən müraciətlərimizi cavablandırmır.

Yalnız sabiq deputatın yaxın dostlarından biri, A.Abbasovla dünən gecə saat 3.00 radələrində danışdığını bildirib. İddia edib ki, guya sabiq deputat Bakıya gəldiyini, hər şeyin yaxşı olduğunu söyləyib...

Ancaq “AzPolitika.info”ya verilən yeni məlumatlarda A.Abbasovun saxlanıldıqdan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı, hazırda istintaq altında olduğu, dindirildiyi bildirilir.

Eyni zamanda onun saxlanılmasının Gəncə hadisələri ilə bağlı ola biləcəyinə dair ehtimallarımız da təsdiqlənir.

Xatırladaq ki, Aydın Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalarkən, “facebook” üzərindən bu hadisəni bir növ təqdir edən paylaşım etmişdi.

Sabiq deputatın həmin gün “facebook”da paylaşdığı 2 bənd şeirdə gəncəlilərə xəyanətdən və buna görə cəzadan söhbət açılırdı.

ABBAS ABBASOVUN OĞLU BAKI AEROPORTUNDA SAXLANILIB! – Sabiq deputat hardadır? (Yenilənib)
Mümkündür ki, onun Elmar Vəliyevin güllələnməsi hadisəsinə bu reaksiyası, terrora dəstək və ya təhrik kimi qiymətləndirilsin.

Hər halda hər şey rəsmi açıqlamadan sonra aydınlaşacaq.

Rasim
AzPolitika.info
ABBAS ABBASOVUN OĞLU BAKI AEROPORTUNDA SAXLANILIB! – Sabiq deputat hardadır? (Yenilənib)
“AzPolitika.info”ya daxil olan məlumata görə, Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov bu gün Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumatı rəsmi və digər mənbələrlə dəqiqləşdirməyə çalışırıq.

Sabiq deputat Aydın Abbasovun saxlanmasının Gəncə hadisələri ilə bağlılığı ola biləcəyi ehtimal olunur.

XƏBƏR LENTİ