Tarixi torpaqlarımız – Göyçə, Zəngəzur, İrəvan” mövzusunda dəyirmi masa keçirildi

1 085 28-08-2018, 18:30 cemiyyet

Tarixi torpaqlarımız – Göyçə, Zəngəzur, İrəvan” mövzusunda dəyirmi masa keçirildiBu gün (28.08.18) Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Tarixi torpaqlarımız – Göyçə, Zəngəzur, İrəvan mövzusunda dəyirmi masaların təşkili və kitabın nəşri”layihəsi çərçivəsində birinci dəyirmi masa keçirildi.

Tədbiri təşkilatın sədri Taleh Əliyev açaraq bildirdi ki, “Cənubi Qafqaz ərazisində heç zaman Erməni dövləti olmamışdır. XX əsrin əvvəllərində erməni havadarlarının ciddi dəstəyi nəticəsində Azərbaycan xalqının iradəsinə zidd olaraq tarixi Azərbaycan əraziləri olan İrəvan, Göyçə və Zəngəzurda erməni dövləti yaradılmışdır. Bu tarixi ədalətsizliyi ifşa etmək və xalqımızın pozulmuş hüquqlarının bərpa edilməsi üçün dövlət və cəmiyyət olaraq bu mövzunu daim gündəmdə saxlamalıyıq. Bunun üçündə biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə jurnalistlər və araşdırmaçılar arasında müsabiqə elan etmişik. Müsabiqəyə təqdim olunacaq yazıların əsasında kitab nəşr edəcəyik. İnanıram ki, bu kitab, tarixi ədalətsizliyi ifşa etmək və xalqımızın pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində gələcəkdə istinad ediləcək mənbələrdən biri olacaqdır.

T.Əliyev iştirakçılara müsabiqənin şərtləri barədə ətraflı məlumat verərək bildirdiki, “müsabiqdə jurnalistlər və araşdırmaçı tarixçilərin iştirakı nəzərdə tutulur. Müsabiqəyə təqdim olunacaq məqalələr ensiklopediya və ya sosial şəbəkələrdən “copy-paste” edilməməli, 10.000-dən az işarə olmamalıdır.1-ci yerin sahibinə – 350AZN (bir nəfər olmaqla), 2-ci yerin sahiblərinə – 300 AZN ( iki nəfər olmaqla) 3-cü yerin sahiblərinə isə – 250AZN (üç nəfər olmaqla) pul mükafatı təqdim olunacaq”.

Daha sonra dəyirmi masada iştirak edən şəxslər mövzu ilə əlaqədər öz fikirlərini və təkliflərini bildirdilər.

Qeyd edək ki,dəyirmi masada araşdırmaçı tarixçilər, gənclər, müəllimlər, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edirdilər.

Tədbir çay fasiləsi ilə yekunlaşdı.

XƏBƏR LENTİ