“Qarabağ” klubu azarkeşlərinin davranışına görə cərimələnib

2 034 29-08-2018, 14:28 idman

“Qarabağ” klubu azarkeşlərinin davranışına görə cərimələnibAFFA İntizam Komitəsi “Qarabağ” klubunu 2400 manat məbləğində cərimələyib.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” ilə ev oyununda Ağdam komandasının azarkeşlərinin davranışıdır.

“Qarabağ” klubu tərəfdarlarının matçın 66-cı dəqiqəsində meydançaya kənar əşyalar atmasına görə 1600 manat, oyunun 70-ci dəqiqəsində pirotexniki vasitələrdən istifadə edildiyinə görə isə 800 manat ödəməli olacaq.

Qurumun bu gün baş tutan iclasında “Zirə” klubu da cərimələnib. Qəsəbə təmsilçisi Premyer Liqanın II turunda “Keşlə”, III turunda isə “Sabah” ilə ev oyunlarında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün ümumilikdə 1600 manat cərimə ödəyəcək.

III turun “Qəbələ” – “Sumqayıt” oyununun 77-ci dəqiqəsində qonaqların futbolçusu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib.

Xeberdar.net

XƏBƏR LENTİ