Yol Polisindən süpürgəçilərə paylanan xüsusi jiletlərlə bağlı AÇIQLAMA

Yol Polisindən süpürgəçilərə paylanan xüsusi jiletlərlə bağlı AÇIQLAMABu ilin aprel ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) təşəbbüsü ilə 100-ə yaxın kommunal-təsərrüfat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub.

Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilər üçün nəzərdə tutulub.

Jiletlərin işıqqaytarma funksiyası var. Həmçinin 3 rejimdə xüsusi batareya ilə işləyir.

DYP-nin bu təşəbbüsü ard-arda baş verən süpürgəçi ölümlərinin qarşısının alınması məqsədi daşıyır. Belə ki, jiletlərin işıqqaytarma funksiyası günün qaranlıq saatlarında sürücülərin onları görməsinə şərait yardır və nəticə etibarilə baş verə biləcək qəzanı önləyir. Amma səhərin qaranlığında yola çıxsanız əksər süpürgəçi xanımların əynində bu geyimi görməyəcəksiniz. Səbəb nədir? Jiletlər deyildiyi kimi bütün rayonlar üzrə paylanmadı, yoxsa işçilər onu geyinməkdən imtina etdi?

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, lazım olan sayda jiletlər bütün rayonlar üzrə paylanıb:

“Yol nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə yollar və küçələrin təmziliyilə məşğul olan mənzil təsərrüfat birliyinin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün dövlət yol polisinin təşəbbüsü və vəsaiti hesabına 500-dən artıq jilet gətirildi. Bizə verilmiş siyahı üzrə hər bir rayona paylandı.

Bu geyimləri geyinib işləyənlər də var, geyinməyənlər də. Kim düzgün istifadə edirsə, deməli öz təhlükəsizliyini təmin edir. Bilirsiniz, hətta bu jiletləri geyinsək belə, öz-özümüzü qorumalıyıq. Bu o demək deyil ki, jileti geyinib maşınların qabağına çıxmalısan”.

V.Əsədov bir daha bədbəxt hadisələrin baş verməməsi üçün təsərrüfat işlərində çalışanları və sürücüləri diqqətli olmağa səsləyib.

Yol Polisindən süpürgəçilərə paylanan xüsusi jiletlərlə bağlı AÇIQLAMA

  • 31-08-2018, 11:41
  • 57


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI