ELDAR ƏZİZOV BAKIDA “TƏMİZLİYİ” DAVAM ETDİRİR - Bu tikililər söküləcək + FOTOLAR

663 3-09-2018, 11:00 gundem

ELDAR ƏZİZOV BAKIDA “TƏMİZLİYİ” DAVAM ETDİRİR - Bu tikililər söküləcək + FOTOLAR
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən başlanan söküntü işlərinin davamı olaraq Xətai rayonunun Məhəmməd Hadi küçəsində, metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu 4 ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib. BŞİH-dən sfera.az-a verilən məlumata görə, meriyada təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sira müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır.

Araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması və lazım gələrsə tikililərin sökülməsi üçün müvafiq qaydada məhkəməyə müraciət olunacaq.

BŞİH bildirir ki, əsas məqsəd paytaxtın daha da gözəlləşdirilməsi, sakinlərin sosial şəraitinin yaxşılaşdırılması, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması olan bu tədbirlər paytaxtın digər rayonlarında da davam etdirilir.

Qeyd edək ki, paytaxt meriyası tərəfindən şəhərin rayonlarında ayrı-ayrı sahibkarlar, vətəndaşlar, bəzi iş adamları tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi, obyektlərin qarşısına yığılmış malların, səyyar reklam şitlərinin yığışdırılması, binaların fasadlarının estetik ğörünüşünə xələl gətirən paltar ipləri və xarıcı dildə yazılan yöndəmsiz reklamların çıxarılması ilə bağlı işlər aparılır.

“AzPolitika.info” qeyd edir ki, Bakıda söküntülərə Eldar Əzizov BŞİH-ə müavin gətirildikdən sonra başlanıb. Ancaq bunun E. Əzizovun öz təşəbbüsü olması inandırıcı deyil. Görünür, Göncədə və Sumqayıtda söküntü işlərində böyük təcrübə qazanmış Eldar Əzizova Bakını da arzuolunmaz tikililərdən təmizləmək tapşırılıb. Ona görə də hətta Hacıbala Abutalıbovun sərəncamları belə qanunsuz hesab edilə bilir. Hansı ki, bu sərəncamlarla bütün şəhər qarış-qarış satılıb...

ELDAR ƏZİZOV BAKIDA “TƏMİZLİYİ” DAVAM ETDİRİR - Bu tikililər söküləcək + FOTOLAR
ELDAR ƏZİZOV BAKIDA “TƏMİZLİYİ” DAVAM ETDİRİR - Bu tikililər söküləcək + FOTOLAR
ELDAR ƏZİZOV BAKIDA “TƏMİZLİYİ” DAVAM ETDİRİR - Bu tikililər söküləcək + FOTOLAR
ELDAR ƏZİZOV BAKIDA “TƏMİZLİYİ” DAVAM ETDİRİR - Bu tikililər söküləcək + FOTOLAR
ELDAR ƏZİZOV BAKIDA “TƏMİZLİYİ” DAVAM ETDİRİR - Bu tikililər söküləcək + FOTOLARELDAR ƏZİZOV BAKIDA “TƏMİZLİYİ” DAVAM ETDİRİR - Bu tikililər söküləcək + FOTOLAR

XƏBƏR LENTİ