“Qərb valyutasından imtina hələlik mümkün deyil” –Ekspertdən dollarla bağlı çağırışlara şərh

623 4-09-2018, 12:10 iqtisadiyyat

“Qərb valyutasından imtina hələlik mümkün deyil” –Ekspertdən dollarla bağlı çağırışlara şərh“Hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə edilməsi müzakirə olunur. Bir müddət öncə bu məsələdə Rusiya və İran daha aktiv görünürdürsə, indi Türkiyədən dollardan imtinaya daha çox çağrışlar var. Əvvəlki dövrlərdə də dollardan imtinaya cəhdlər olub və etiraf etmək lazımdır ki, bu cəhdlərin hamısı uğursuz nəticələnib”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

“Bəs, dollardan imtina mümkündürmü?” sualına cavab verən iqtisadçı bildirib ki, hazırda dünya aktivlərinin 62.7 faizi dollarda, 20.2 faizi avroda saxlanılır. Sonrakı iki yeri bölüşən Yaponiya və Britaniya milli valyutalarının rezerv səbətində payı ayrı-ayrılıqda 5 faizə belə çatmır:

“Strateji məhsulların da yalnız dollarla satıldığını nəzərə alsaq, ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda qlobal ticarətdə hegomonluğunu qoruyub saxlayır. Amma dollardan imtinanın hələlik real olmaması yalnız ABŞ pulunun hegomunluğu ilə bağlı deyil. Baxmayaraq ki, bunun özü də vacib faktordur. Məsələn ondadır ki, inkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-biri ilə birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir. Hətta ölkələr milii valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələr də, belə öz pullarını dollara üzərindən konvertasya etməlidirlər”.

Vüqar Bayramovun sözlərinə görə, inkişaf etməkdə olan ölkələr yığımlarda dolların payı azaltmaq istəsələr də, belə alternativ olaraq avrodan istifadə ediməlidir: “Bu isə o deməkdir ki, Qərb valyutasından imtina hələlik mümkün deyil. Bu baxımdan, hələlik dollardan imtina cəhdləri daha çox psixoloji və əksər hallarda daxili auditoriyaya ünvanlanan ideoloji mesajlardır. Bu baxımdan, inkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla “dollara qarşı mübarizə” apara bilərlər”.

XƏBƏR LENTİ