“Diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmirik” - Təhsil Nazirliyi

“Diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmirik” - Təhsil NazirliyiTəhsil Nazirliyi diplomların tanınması ilə bağlı vətəndaşlara müraciət edib.Nazirliyin Mətbuat xidmətindən “Report”a daxil olan açıqlamada bildirilib ki, son dövrdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisas­larının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə aparılan islahatların davamı olaraq, nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsi yenilənib.
Həmçinin müraciət qaydaları ilə bağlı bütün zəruri məlumatlar səhifədə əksini tapıb, “Mütəmadi verilən suallar” bölməsi yaradılıb və nostrifikasiya prosedurlarına dair vətəndaşları maraqlandıran bir çox suallar cavabları ilə birlikdə əlavə olunub.
“Vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Eyni zamanda Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.
Onu da bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd nostrifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı xüsusi üstünlüyə malik olmur.
Vətəndaşlardan bu cür hallarla qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 – 1) və ya [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur”, – nazirlikdən bildirilib.

“Diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmirik” - Təhsil Nazirliyi

  • 5-09-2018, 13:22
  • 213


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. Daha bir rayon su böhranı ilə üz-üzə
  4. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  5. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  6. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  7. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  8. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  9. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
  10. Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - Fotolar
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI