“Paşinyanın xarici siyasət təcrübəsi yoxdur” - Erməni şərhçidən şok açıqlamalar

“Paşinyanın xarici siyasət təcrübəsi yoxdur” - Erməni şərhçidən şok açıqlamalarErmənistanın baş naziri Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü istənilən nəticəni verməyib. Erməni ictimaiyyəti Paşinyanı Putinin tələsinə düşməkdə və təcrübəsizlikdə ittiham edir.

Erməni şərhçi Tevos Arşakyan Paşinyanın xarici siyasət təcrübəsinin yoxluğuna diqqət çəkib: “Heç kimə sirr deyil ki, Paşinyanın xarici siyasət təcrübəsi yoxdur və bu, Ermənistana qəddar zarafata başa gəldi. Demək olar ki, Paşinyan hökuməti rusların məharətlə qurduğu tələyə düşdü və burada qazanan Moskva ilə Bakı oldu”.

Erməni şərhçi yazır ki, Paşinyan qaçaraq Putinin görüşünə getdi.

“Daha sonra iki ölkə arasında münasibətlərin inkişafı haqqında bəlağətli bəyanatlar verdi. Halbuki, Paşinyanla görüşdən əvvəl Putin İlham Əliyevlə görüşmüşdü və həmin görüşdə 16 sənəd imzalanmışdı. Paşinyanla isə heç bir sənəd imzalanmadı. Əvəzində Putin Paşinyanı tələyə salaraq, onun Qərbə inteqrasiya siyasətinin qarşısını aldı”, - deyə erməni şərhçi qeyd edib./ Publika.az/

“Paşinyanın xarici siyasət təcrübəsi yoxdur” - Erməni şərhçidən şok açıqlamalar

  • 11-09-2018, 17:33
  • 446


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI