MSK-nın SƏDR MÜAVİNİ İŞDƏN ÇIXDI – Nazirlər Kabinetinə getdi

657 12-09-2018, 10:18 cemiyyet

MSK-nın SƏDR MÜAVİNİ İŞDƏN ÇIXDI – Nazirlər Kabinetinə getdiAzərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov işdən çıxıb. “Report”un xəbərinə görə, Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq.

N.Məmmədov isə Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin edilib.

Xatırladaq ki, N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildə isə MSK-nın sədr müavini seçilib.

MSK-nın SƏDR MÜAVİNİ İŞDƏN ÇIXDI – Nazirlər Kabinetinə getdi

XƏBƏR LENTİ