Gələcək zamanın adamı

680 17-09-2018, 12:02 siyaset / gundem

Gələcək zamanın adamı

Gözlədiyin, gələcəyinə ümid bəslədiyin zaman yanından, içindən bəzən səs-küylə, bəzən sükutla ötüb keçir.
Qayğılarla dolu ayların, illərin tez başa çatmasını istəyirsən. Ay ötür, il dolanır, qayğılarsa bitmir. Beləcə həyat davam edir. Vaxt gedir. Bir də görürsən yaşın növbəti yuvarlaq rəqəmi səni haqlayır. Arxada qarası qırmızısından çox olan günlər, illər qalır. Qəlbində isə özünə, millətinə, dövlətinə yönəlik bitib tükənməyən arzular.
Qarşıda səni gözləyən illər, sənə ümid yeri kimi baxan insanlar və arzuları həyata keçirəcək SƏN varsan!


İqbal Ağazadənin çıxışları

İnsanı tanımaq üçün, onun çıxışlarına qulaq asmaq lazımdır.
Uinston Çörçill

Hadisəni dəyərləndirmək, analiz etmək, auditoriyanı ələ almaq, dinləyicini arxasınca aparmaq, natiqlik qabiliyyəti, təşkilatçılıq bacarığıdı lideri başqalarından fərqləndirən əsas cəhətdir.
Lider istənilən çıxışı ilə insanların diqqətini özünə çəkir, onları düşündürür, cazıbəsinə salır.
İqbal Ağazadə kimi.

İqbal Ağazadənin çıxışları həm mövzu, həm də məzmun baxımından dolğundur, əhatəlidir, cəlbedicidir. Məntiqi, güclü səs tembri, hamını heyrətləndirən yaddaşıyla disskusıya quraraq gözəl bir ortam yarada bilir.
Mövzuya uyğun sərrast danışıq, fikir yetkinliyi, ardıcıllıq və möhtəşəm sonluq da öz yerində.

İqbal bəy fikrini arqumentləşdirərək hər bir məsələyə hamını inandıracaq formada hərtərəfli izah verir.
Onu yaxından tanımayanlar, hətta xoşlamayanlar belə onunla ünsiyyətdə olanda, fikirlərini dinləyəndə onun pərəstişkarına çevrilir.

Parlamentdə olduğu dönəmlərdə gündəlik müzakirəyə təqdim olunan məsələlərə ladeyd qalmadı. Yadda qalan çıxışlar etdi. Cəmiyyəti düşündürən problemləri parlamentdə səsləndirdi.
Problemlərin qaldığı bütün zamanlarda “İqbal Ağazadə o məsələni filan vaxt parlamentdə qaldırmışdı. Demişdi.” deyiləcək.

İqbal Ağazadənin parlament fəaliyyəti çox millət vəkilləri üçün bir örnəkdir.
Çox təəssüf ki, onun Milli Məclisdəki çıxışları televiziylarda verilmədiyindən xalq o çıxışlardan xəbərsizdirlər. Sosial şəbəkələrdən İqbal bəyin çıxışlarına baxanlar təəccüblərini gizlədə bilmirlər. “İqbal bəy bunu Milli Məclisdə səsləndirib? Xəbərimiz olmayıb.”- söyləyirlər.

Millət vəkili olanda cəmiyyəti düşündürən, insanları narahat edən problemləri Milli Məclisdə qaldıraraq hakimiyyətin cavab verməsini tələb edən edən İqbal Ağazadə elə indi də, millət vəkili olmayanda da elə bir problem yoxdur ki, onu mətbuatda, internet televiziyalarında (müxalifətin istər dövlət, istərsə də özəl televiziyalara dəvəti müşkül məsələdi), görüşlərdə səsləndirməsin.

İqbal Ağazadə bu gün Milli Məclisin üzvü olmasa da onu sevənlərin, tanıyanları nəzərində millətin vəkili olaraq qalmaqdadır.

* * *
İki şey insanı Allaha bənzədər, cəmiyyət üçün çalışmağı və dürüst olmağı -deyirdi Pifaqor.

İqbal Ağazadə dövləti, milləti düşündürən - onu narahat, təhdid edən məsələlərə bir insan, bir vətəndaş, bir siyasətçi olaraq biganə qala bilmir. İstər bir döyüşçü kimi iştirakçısı olduğu Qarabağ savaşı olsun, istər vətən coğrafiyası, dövlət və dövlətçilik maraqları. Fərq etməz. Çünki vətən, dövlət sevgisi onunçün hər şeydən öndədir. Vətən üçün doğulanlar başqa cür ola bilmir. Başqa cür düşünmür. Budur vətən sevgisi… Budur vətəndaşlıq.

Ölkənin, dövlətin taleyüklü məsələlərinin ən xırda nüanslarına belə ən əhəmiyyətli, vacib məqam kimi yanaşır. Problemin, hadisənin nədən qaynaqlandığını öyrənərək çıxış yolunu göstərır.

İqbal Ağazadə aydın nitqə sahib olduğu kimi də cəmiyyət üzvlərini maraqlandıran araşdırma, təhlil yazıları yazan nadir siyasətçilərdəndir. Danışığı səlis, yazısı oxunaqlı, anlaşılan...

O, cavan yaşında müdrik, müdriklik yaşında cavandır. Cavan vaxtı yaşlıların, əlli yaşında cavanların dostu, sevimlisidir. Gənclərlə hər söhbətində, görüşündə onlara yeni ruh, yeni həvəs verir. İnsanı xoş ovqata kökləyir. Hamıyla dil tapmağı bacarır. Ünsiyyətcildir. Həyatsevərdir. Nikbindir. Xarizmatikdir.
Gələcəyə daima Böyük Ümidlə baxır.
Bu baxış parlaq düşüncə sahibi olan İqbal Ağazadənin Azərbaycanla bağlı gələcək arzularını həyata keçirəcək yola işıq salacaq.

50 yaşınız mübarək, İqbal bəy!
Uzun yolun yolçusuna yolunu gözləyənlərindən salamlar olsun!
Getdiyiniz - getdiyimiz yolda uğurlar ümidiylə...

P.S

2003-cü ilin o böyük coşğusundan sonra məhbus həyatı yaşayan İqbal Ağazadəyə bir şeir yazmışdım. Bəlkə də onun azadlığıa çıxmasında bu şeirin dualarının da yardımı oldu.

yollarda qalan baxışlar

lampası yanan otaqda
tavandan asılmış ümiddən sallanan
qapıya dikilən zaman
yaddaşlara hopar,
həsrətin silkələdiyi dar otağın
baxışlardan ovulmuş divarlarında
xəyallar dolaşar,
toz basmış illər çözələnər
bu gündüz gecələrdə

səbri tükənən
yollarda qalan baxışlar
sümürəcək səni
barmaqlıqlar arasından

qanad alıb uçacaq
bir şairin qan sızan yarasından
25.12.2003



Gələcək zamanın adamı

XƏBƏR LENTİ