Ukrayna Rusiya ilə dostluq müqaviləsini pozdu! – Poroşenko fərman imzalayıb

688 17-09-2018, 16:15 dunya

Ukrayna Rusiya ilə dostluq müqaviləsini pozdu! – Poroşenko fərman imzalayıb«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Prezident Pyotr Poroşenko milli təhlükəsizlik və müdafiə şurasının (MTMŞ) Rusiya ilə dostluq, əməkdaşlıq və həmkarlıq Müqaviləsinin fəaliyyətinin dayandırılması barədə qərarını təsdiqləyib. Xəbəri Poroşenkonun mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, Kiyev müqavilənin müddətini uzatmamaq qərarına gəlib və fərmanın imzalanması müvafiq hüquqi prosedurlara başlamağa imkan verir.

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 30-a qədər öz qərarı barədə Moskvanı xüsusi nota ilə məlumatlandıracaq, Poroşenko isə uyğun qanun layihəsini parlamentin müzakirəsinə təqdim edəcək.

Xarici işlər nazirliyi sənədin qüvvədən salınması barədə həm də BMT-ni, ATƏT-i və digər beynəlxalq təşkilatları məlumatlandıracaq.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin əlavə edib ki, Kiyev Rusiya ilə bağlanmış və fəaliyyətdə olan bütün beynəlxalq müqavilələrə yenidən baxacaq.

Ukrayna Rusiya ilə dostluq, əməkdaşlıq və həmkarlıq barədə sözügedən müqaviləni 1997-ci ildə imzalayıb. Ali Rada sənədi ratifikasiya edib.

XƏBƏR LENTİ