Sumqayıtda sələmçi qadını qətlə yetirən şəxs saxlanıldı –Polis əməliyyatı

Sumqayıtda sələmçi qadını qətlə yetirən şəxs saxlanıldı –Polis əməliyyatıPolis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sentyabrın 13-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.

Sumqayıtda sələmçi qadını qətlə yetirən şəxs saxlanıldı –Polis əməliyyatı

  • 18-09-2018, 11:36
  • 204


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Qazaxda düşmən təxribatı davam edir
  8. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  9. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  10. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI