Donald Tramp OPEC-dən tələb etdi:“Neftin qiymətini azaldın!”

601 20-09-2018, 16:46 dunya

Donald Tramp OPEC-dən tələb etdi:“Neftin qiymətini azaldın!”ABŞ prezidenti Donald Tramp OPEC-dən OPEC+in Monitorinq Komitəsinin Əlcəzairdə keçiriləcək iclası ərəfəsində neftin qiymətini azaltmağı tələb edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə D.Tramp “Twitter” səhifəsində yazıb.

“Biz Yaxın Şərq ölkələrini qoruyuruq, bizsiz onlar uzun müddət təhlükəsiz şəraitdə olmazdılar. Amma yenə də onlar neftin qiymətinin artmasını tələb edirlər. OPEC monopoliyası elə indi qiymətləri azaltmalıdır!”, – Tramp yazıb. Qeyd edək ki, OPEC+in Monitorinq Komitəsinin iclası sentyabrın 23-də Əlcəzairdə keçiriləcək. Komitə bazarın balanslaşdırılması üçün lazımi qərarlar qəbul etmək üçün müqavilə tərəflərinə tövsiyələr vermək funksiyasına malikdir.

Daha əvvəl ABŞ prezidenti OPEC-i qiymətləri manipulyasiya etməkdə günahlandırıb.

XƏBƏR LENTİ