“Rusiya Qafqazda yeni siyasətə başlayacaq” – PROQNOZ

617 21-09-2018, 12:37 cemiyyet

Cümşüd Nuriyev: “Azərbaycan öz maraqlarına uyğun olaraq seçim etməlidir”
“Rusiya Qafqazda yeni siyasətə başlayacaq” – PROQNOZ
Sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri gözlənilir. Bu səfər Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın həyatında hansısa dəyişiliklərə, yeniliklərə səbəb ola bilərmi?

Moderator.az- a açıqlama verən siyasi elmlər doktoru Cümşüd Nuriyev Kremlin Qafqazla bağlı yeni siyasətə start verəcəyini vurğuladı:

“Rusiya Qafqazda yeni siyasətə başlayacaq. Bu, birmənalıdır. Özümüz-özümüzü aldatmayaq. Azərbaycan öz maraqlarına uyğun olaraq seçim etməlidir. Ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan ağıllı addımlar atmalıdır. Rusiya bizdən nə istəyəcək, biz nə deyəcəyik – bunlar boş şeylərdir. Önəmli olan Azərbaycanın maraqlarıdır.

Hal-hazırda ölkəmizin güclü, ağıllı xarici siyasətə ehtiyacı var. Allaha çox şükür ki,bu siyasət çox uğurla davam etdirilir. Bu şəkildə, davam edərsə, Rusiyanın Azərbaycana təsiri demək olar ki, olmayacaq. Ümid edək ki, hər şey istədiyimiz, düşündüyümüz kimi olacaq”.

Xeberdar.net

XƏBƏR LENTİ