Hacı Mazana jurnalistlərdən üzr istədildi - VİDEO

572 21-09-2018, 13:37 cemiyyet

Hacı Mazana jurnalistlərdən üzr istədildi -  VİDEO“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov hücum etdiyi televiziya işçilərindən üzr istəyib. Unikal.org-un əldə etdiyi məlumata görə, 03.08.2018-ci il tarixində vətəndaş Faiq Seyfullayevin şikayətini araşdırmaq üçün çəkiliş aparan Xəzər televiziyası xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova etdiyi kobudluğa görə kanala gələrək adı çəkilən şəxslərdən üzrxahlıq edib.

Kollektivin qarşısında üzrxahlıq edən Hacı Mazan bildirib ki, etdiyi əmələ görə peşmandır. Buna görə də müxbir Rüstəm İbadov və operator Davud İbrahimovdan onu bağışlamalarını xahiş edib.

Xatırladaq ki, şikayətçi olan vətəndaş Faiq Seyfullayevin qarşılaşdığı problemi çəkmək üçün hadisə yerinə gələn “Xəzər” televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova hücum edən iş adamı “Hacı Mazan” mikrofonu müxbirin əlindən dartaraq alıb. Həmçinin operatordan çəkməməyi tələb edərək kameranı almağa çalışıb.

XƏBƏR LENTİ