Rusiya ilə Norveç arasında casus qalmaqalı:Lavrov BMT - də Boçkayevin dərhal azadlığa buraxılmasını tələb etdi

719 26-09-2018, 09:57 dunya

Rusiya ilə Norveç arasında casus qalmaqalı:Lavrov BMT - də Boçkayevin dərhal azadlığa buraxılmasını tələb etdiRusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 25-də Norveçdə Rusiya parlament rəsmisinin casusluqda şübhəli bilinərək saxlanmasını tənqid edib.

Lavrov casusluq ittihamlarını propaqanda adlandırıb və deyib ki, vətəndaşımızın başına nə gəldiyini anlamaq istəyirik.

Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində çıxış edən Lavrov deyib:

“Onun Norveç parlamenti tərəfindən dəvət olunduğunu anlayırsız? Norveç qonaqpərvərliyi”.

Mixail Boçkayev sentyabrın 21-də saxlanıb. O, Avropa parlament administrasiyaları arasında əməkdaşlığın möhkəmləndirilməsi üzrə konfransda iştirak edirdi.

Moskva casusluq ittihamlarını qətiyyətlə rədd edib, bunu Rusiya ətrafında casus maniyasına örnək adlandırıb və Boçkayevin azadlığa buraxılmasını tələb edib.

Rusiya Xarici İşlər Nazirliyi Norveçin Moskvadakı səfiri Rune Resalandı çağıraraq həbsə görə ona etirazını bildirib. Norveçin baş naziri Erna Solberg isə bu işin siyasi olmadığını deyib.

Norveç mediasının yazmasına görə, bu şəxs Rusiya parlamentinin informasiya texnologiyaları üzrə müşaviridir və onun ikigünlük konfransdakı davranışı rəsmilər kəşfiyyat xidməti aparmağa məcbur edib.

(azadlıq.org)

XƏBƏR LENTİ