Azərbaycanda dollara tələbat kəskin azalıb – Rəqəmlər açıqlandı

748 2-10-2018, 13:06 iqtisadiyyat

Azərbaycanda dollara tələbat kəskin azalıb – Rəqəmlər açıqlandıAzərbaycan Dövlət Neft Fondu (ARDNF) sentyabr ayında satdığı valyutanın həcmini açıqlayıb. Fonddan verilən məlumata görə, ötən ay ərzində 394,8 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Başqa sözlə, avqust ayı ilə müqayisədə dollar satışı təqribən iki dəfə (1,85 dəfə) aşağı düşüb. Xatırladaq ki, avqustda Neft Fondu banklara 733,7 milyon dollar valyuta satmışdı. Ötən ay satışların həcminin belə yüksək olması büdcə ehtiyacları ilə deyil, Türkiyə və Rusiyada dolların kəskin bahalaşması fonunda Azərbaycanda da dollara tələbatın yüksəlməsi ilə bağlı idi.

Həmin vaxt hökumət dollar satışına məhdudiyyət tətbiq etmədən istəniən qədər dollar satışına şərait yaratdı ki, bu da həmin sektorda ajiotaın yaranmasına imkan vermədi.

Bununla yanaşı, Neft Fondunun sentyabrda satdığı dolların həcmi ötən ilin sentyabrı (252,2 milyon dollar olmuşdu) ilə müqayisədə 142,6 milyon dollar və ya 56% artıb.

Ümumilikdə, bu ilin ilk 9 ayında Neft Fondu 4 639,6 milyon dollar valyuta satıb.

Ötən ilin eyni dövründə isə bu məbləğ 2 485,7 milyon dollar idi. Başqa sözlə, ilk 9 ayda satılan valyutanın həcmi ötən illə müqayisədə 2,15 milyard dollar və ya 87% artıqdır.


XƏBƏR LENTİ