Bakıda “KamAZ” 9 yaşlı uşağı vurub öldürdü

817 2-10-2018, 16:44 hadise

Bakıda “KamAZ” 9 yaşlı uşağı vurub öldürdüBakıda “KamAZ” 9 yaşlı uşağı vurub öldürdü Bakıda daha bir qəzada 9 yaşlı uşaq vəfat edib.

Xeberdar.net DİN-ə istinadən xəbər verir ki, qəza oktyabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi “KamAZ-6520” markalı avtomobillə yolu keçən qəsəbə sakini – 9 yaşlı Ayxan Hüseynovu vurub və nəticədə azyaşlı hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ