Qüdrət Həsənquliyev Eynulla Fətullayevi “vurdu”:"Zatulinə bəhanə lazım idi, onu da "Haqqin.az" saytı verdi"

1 241 5-10-2018, 13:08 siyaset / video

Qüdrət Həsənquliyev Eynulla Fətullayevi “vurdu”:"Zatulinə bəhanə lazım idi, onu da "Haqqin.az" saytı verdi"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti aqressiv açıqlamaya münasibət bildirib.

Strateq.az-ın xəbərinə görə, BAXCP sədri qeyd edib ki, Zatulinə Azərbaycana qarşı hücum etmək imkanını “Haqqın.az” saytı yaradıb və o da digər ermənipərəstlər kimi, bundan faydalanıb Azərbaycanı hədələyib: “Çox böyük ehtimalla, mənim parlamentdəki çıxışım məqsədyönlü təhrif olunmuşdu ki, Rusiyadakı müəyyən qüvvələrə ötürülsün. Əvvəla, Zatulindən fərqli olaraq, mən Azərbaycanın Rusiya ilə yaxınlaşmasını istəyirəm. Hətta Qarabağın azadlığı qaşılığında Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan regional ittifaqlara qoşulmasının mümkünlüyünü də dəfələrlə vurğulamışam. Bir şərtlə ki, Rusiya Qarabağ probleminin həllində ədalətli mövqe tutsun və imkan versin ki, biz öz torpaqlarımızı işğaldan azad edək”.

Deputat onu da bildirib ki, məhz özünün müdaxiləsindən sonra “Haqqın.az” saytı fikirlərinə düzəliş verib: “Zatulin bunu bilməmiş deyildi. Mən Zatulindən fərqli olaraq, iqtidarı təmsil etmirəm, Azərbaycan hökuməti də heç vaxt Rusiya müxalifətinin təmsilçilərinin çıxışlarına rəsmi reaksiya verməyib. Bu da onu göstərir ki, ona sadəcə bəhanə lazım imiş”.

Q.Həsənquliyev daha onra deyib: “Zatulin əslində həm də Bakıda mənə qarşı təxribat edən əlaltılarına dəstək vermək üçün Azərbaycana hücum edib. Milli Məclisdə mən deməmişdim ki, Rusiya bizim torpaqları işğal edib. Demişdim ki, işğalçının arxasında Rusaya dayanır. Bu isə sübuta ehtiyacı olmayan aksiomadır. Onu da vurğulamışdım ki, bəzi adamlar məqsədyönlü gərginlik yaradıb, bizi müharibəyə sürükləyir, lakin bu zaman biz Ermənistan-Rusiya cütlüyü ilə üz-üzə qala bilərik. Qoy, Zatulin desin ki, mən səhv edirəm və Rusiya Çeçenistanda öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, Azərbaycan da güc tətbiq etməklə ərazi büövlüyünü bərpa edə bilər”.

Strateq.az Konstantin Zatulinin Qüdrət Həsənquliyevin “Haqqin.az”da təhrif olunmuş şəkidə getmiş fikirlərini əsas götürərək, səsləndirdiyi cavabı təqdim

XƏBƏR LENTİ