İstanbulda yoxa çıxan “Washington Post”un köşə yazarı ilə bağlı müəmma –Vəlihəd konsulluğa baxış keçirilməsini istədi, Ərdoğan isə...

767 7-10-2018, 19:01 dunya

İstanbulda yoxa çıxan “Washington Post”un köşə yazarı ilə bağlı müəmma –Vəlihəd konsulluğa baxış keçirilməsini istədi, Ərdoğan isə...Xəbər verildiyi kimi, “Washington Post” qəzetinin köşə yazarı, Səudiyyə Ərəbistanı əsilli Cemal Kaşıkçı İstanbulda itkin düşüb.

Xeberdar.net Türkiyə mətbuatına istinadən bildirir ki, jurnalist şəxsi həyatına aid sənədlər əldə etmək məqsədilə həyat yoldaşı ilə birlikdə oktyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunun inzibati binasına daxil olub və oradan çıxmayıb.

Bu barədə onun həyat yoldaşı həyəcanla məlumat yaydıqdan sonra Türkiyə hüquq-mühafizə orqanları hərəkətə keçiblər.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib ki, polis bütün imkanları ilə olayı aydınlaşdırmaqda qətiyyətlidir.

Maraqlıdır ki, hadisə ilə bağlı Səudiyya vəlihədi də açıqlama verib. O, Türkiyə polisinə konsulluğa baxış keçirməyə imkan yaratmağa hazır olduqlarını deyib.

Bu gün isə Türkiyə prezidenti Ərdoğan ölkəsində belə bir hadisənin baş verməsindən təəssüflənib və jurnalistin tapılması istiqamətinə gərəkən bütün addımları atacaqlarını bəyan edib.

Ərdoğan deyib ki, jurnalistin axtarışı ilə bağlı ölkənin bütün gömrük-keçid məntəqələri nəzarətə götürülüb.

XƏBƏR LENTİ