"Istəyirik ki, bu dəmir yolu çəkilsin, Naxçıvanla əlaqələr daha da genişlənsin"

829 8-10-2018, 10:40 iqtisadiyyat

"Istəyirik ki, bu dəmir yolu çəkilsin, Naxçıvanla əlaqələr daha da genişlənsin"Bir neçə gün bundan öncə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın xarici sərmayə qoyuluşu ilə bağlı maraqlı statistika ilə çıxış etdi. Iqtisadiyyat naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) dövlətlərinin Azərbaycana 12 milyard, Azərbaycanın isə TDƏŞ dövlətlərinə 14 milyard dollar məbləğində sərmayə qoyduğuna diqqət çəkib.

Azərbaycanın təkbaşına TDƏŞ-ya bu qədər sərmayə qoyması ölkəmizin türk dünyası ilə iqtisadi əməkdaşlığın inkişafına verdiyi diqqətin göstəricisi hesab edilə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov Azərbaycanın bu sahədəki fəaliyyətinin kifayət qədər qənaətbəxş olduğunu bildirdi:

“Azərbaycanın ən çox sərmayə qoyduğu ölkə Türkiyədir. Türkiyəyə biz neft-qaz sənayesi ilə əlaqədar olaraq kifayət qədər sərmayə qoyuruq. Türkiyə Azərbaycana qardaş dövlətdir. Türkiyə bütün beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə edir. Biz əminik ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman yüksək səviyyədə qalacaq və bu münasibətlərdə heç bir ciddi problem olmayacaq.
Bütövlükdə Azərbaycanın xarici sərmayə qoyuluşunda elə bir ciddi problem yoxdur. Doğrudur, biz İrana da müəyyən qədər sərmayə qoyuruq. Orada da soydaşlarımız yaşayır. Biz dəmir yolunun çəkilişi ilə əlaqədar olaraq 500 milyon dollar məbləğində vəsait ayırmışıq. Istəyirik ki, bu dəmir yolu çəkilsin, Naxçıvanla əlaqələr daha da genişlənsin. Biz həm də İrandakı soydaşlarımızı nəzərə alaraq bu addımı atmışıq.
Bu baxımdan sərmayə qoyuluşu ilə bağlı addımları məqbul hesab edirəm və hesab edirəm ki, İqtisadiyyat Nazirliyinin bu yöndəki fəaliyyəti təqdirəlayiqdir”.

XƏBƏR LENTİ