İrandan Azərbaycana narkotik gətirən 3 nəfər saxlanıldı

852 11-10-2018, 11:27 kriminal

İrandan Azərbaycana narkotik gətirən 3 nəfər saxlanıldıNarkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-dən Moderator.az-a verilən məlumata görə, 4 oktyabr tarixində sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata ke­çi­rilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respub­li­ka­sından Azərbaycan dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəy­ba­la oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Ten­giz oğlu saxlanıl­ıblar.

İrandan Azərbaycana narkotik gətirən 3 nəfər saxlanıldı

XƏBƏR LENTİ