Nemət Pənahlıya 30 sutka həbs cəzası verilib

797 13-10-2018, 10:08 cemiyyet

Nemət Pənahlıya 30 sutka həbs cəzası verilibMilli azadlıq hərəkatçısı Nemət Pənahlı dünən Nəsimi polisi tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası alıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib. O, gecə saatlarında bununla bağlı “Facebook”da yazıb:

“Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Bu saatlara qədər Nemət Pənahlıdan xəbər alınmayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinin növbətçi əməkdaşı Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olunduğunu və Binəqədi müvəqqəti təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə görə həbs olunub”.

Xeberdar.net

XƏBƏR LENTİ